Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 1-ci turunda səfərdə Litva ilə qarşılaşacaq.
QOL.az sport24.az-a istinadən xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
“Bura Tacikistana qarşı yoxlama oyunundan sonra gəlmişik. Litva ilə matça yaxşı hazırlaşmışıq. Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq”.
Abbasov Litvanın yaxşı təşkilatlanmış və uzun müddətdir birlikdə oynayan futbolçulardan formalaşmış komanda olduğunu deyib:
“Güclü komandaya qarşı oynayacağıq. Litva ilk matçda qələbə qazanıb. Rəqibin Avropa klublarında oynayan futbolçuları çoxdur. Uzun müddətdir eyni heyətlə çıxış edirlər. Amma futbolçulara lazımi tapşırıqlar verilib. İnşallah, düşündüklərimizi meydanda icra edib lazımi nəticəni qazanarıq”.
Baş məşqçi sabahkı görüşün Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib:
“Sabah bizim üçün əlamətdar gündür. Anım Günüdür. Bu gün burada olmağımızın səbəbkarları olan şəhidlərimizə, qazilərimizə, Vətən müharibəsində iştirak edən hər kəsə borcluyuq. Bu barədə futbolçularla danışığımız olub. Sabah yenə də söhbət edəcəyik”.
Xaybullayevin durumuna da aydınlıq gətirən Abbasov onun ciddi probleminin olmadığını bildirib:
“Xaybullayevdə problem yoxdur. Yorğunluğu da var idi. Fikirləşdiyimiz heyətlə plan üzrə məşq edirik”.
Abbasov "Milli komanda üçün yeni macəra başlayır. Demək olarmı ki, Ayxan Abbasov sabahdan rəsmən işə başlayır və tam məsuliyyət onda olacaq?" sualına cavabında isə bu məsuliyyətin onun üçün yeni olmadığını söyləyib:
“Milli komandadan olan gündən buna hazırıq. Burada olduğumuz ilk gündən məsuliyyətimizi dərk edirik. Biz işə U-21-də başlamışdıq. Fransa ilə oyundan öncə isə əsas millidə vəzifəyə gəldik. Yuxarı qalxmaq üçün çalışmaq lazımdır”.
Qeyd edək ki, Litva - Azərbaycan görüşü sentyabrın 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...