Məşhur türk köşə yazarı Hıncal Uluç bir yazısında qeyd etmişdi ki, qapıçının səviyyəsi onun qaytardığı toplarla deyil, buraxdığı qollarla ölçülür. Top qaytarmaq qapıçının vəzifəsidir. Buraxdığı qola baxanda isə onun əsl səviyyəsi üzə çıxır.
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev həqiqi səviyyə nədi, bax onu dünən “Neftçi” ilə mühüm Premyer Liqa matçında bir daha göstərdi. Niyə bir daha? Ona görə ki, ən son elə bu günlərdə, canlı izlədiyim komandanın Antalyadakı bir yoxlama oyununda da qola səbəb olan kobud səhv etmişdi. Buna baxmayaraq, hər nə qədər riskli olsa belə, Qurban Qurbanov Şahruddinə, yəni yerli statusu daşıyan oyunçuya güvənib ona əsas heyətdə oynamaq şansı verdi. O isə “buraxdığı ucuz qolla” (fikir “Qarabağ”ın kapitanı Rəşad Sadıqova məxsusdu) verilən bu şansı doğrultmaq bacarığında olmadığını göstərdi.
Amma “Qarabağ”ın problemi tək qapıda deyil. Ən azı yaxşı bir mərkəz hücumçusu lazımdı. Yoxsa komanda bundan sonra da hücumda Mahir Mədətovla Emeqaranın ümidinə qalsa, lazımi oyunlarda qol vurub qalib gəlməkdən də, çempionluqdan da əlini indidən üzə bilər.
Qurban Qurbanov ən çox bu mövqeyə futbolçu axtardığını özü də etiraf edir. Bildiyimə görə, bəzilərinin qiyməti Azərbaycan bazarı üçün çox yüksəkdi (qeyri-rəsmi məlumata əsasən, 1 milyon avro), bəziləri də sadəcə bizim çempionata gəlmək istəmirlər. Rəşad Sadıqovsa deyir ki, ortabab legioner Azərbaycan Premyer Liqasında oynamaqdansa, Türkiyənin superliqadan aşağı olan 1-ci liqasına getməyi üstün tutur. Bu, əlbəttə, artıq “Qarabağ”ın deyil, bizim futbolun problemidir ki, o problemin nədən və kimdən qaynaqlandığına lap sonda toxunacağıq. Amma bir fakt da var ki, istənilən halda, yaxşı hücumçunu bura istədiyi pulu verməklə gətirmək olar. Buna da “Qarabağ”ın sponsorunun gücü çatır. Əks halda - hücumdakı problem tezliklə həll olunmasa, “Qarabağ”ın nəinki çempion olması, yeni mövsümdə hətta Avroliqanın qrupuna düşməsi belə çox çətin olacaq.
Bir az da “Neftçi” və azarkeşlər haqda...
Klub axır ki, uzun fasilədən sonra dirçəlməyə başlayır. Hələlik göstərdiyi oyun və nəticələrlə doğru yolda olduğunu göstərir. Baş məşqçi Roberto Bordinin işini də, yeni transferləri də müsbət saymaq olar. Düzdür, komandanın liderliyə yüksəlməsində “Qarabağ”ın bir az zəifləməsi də rol oynayır, amma bu, qətiyyən “Neftçi”nin əziyyətinə, sabit oyununa və mübarizə əzminə kölgə sala bilməz.
Amma “Neftçi”nin görünməyən əsas problemi də var. “Qarabağ”dan fərqli olaraq, klubun rəhbərliyi tam müstəqil siyasət yürüdə bilmir. Onların fəaliyyətinə sponsor SOCAR-dan da, AFFA-dan da zaman-zaman müdaxilələr olur. Bu amilsə klubun rəhbərliyinə indi olmasa da, gələcəkdə öz işini lazımi səviyyədə davam etdirməyə problem yarada bilər. İdarəetmədəki problemsə heç şübhəsiz komandanın nəticələrinə mənfi təsir göstərəcək.
Komandanın uğurlarının başlıca səbəbkarlarından biri də onun sadiq azarkeşləridi. Xüsusən “Forza Neftçi” azarkeş klubunu qeyd etmək olar. Hansı ki, “Neftçi”nin nəticə baxımından ən ağır dövründə ondan üz döndərmədilər. Belə azarkeşi olan komanda həqiqətən bütün zamanlarda öndə olmağa layiq və qadirdi. Yetər ki, klubun idarəetməsi düz olsun, rəhbərlik onlarla bir cəbhədə olsun, onlara qarşı əks cəbhədə yer almasın.
Eyni sözləri “Qarabağ”ın fədakar fanatları (xüsusən də “İmarət” azarkeş klubu) barədə də söyləmək olar. Azərbaycan futbolunu idarə edənlərdə futbola, komandalarına onlar qədər sevgi olsaydı, futbolumuz indiki yazıq və miskin duruma düşməzdi. Məhz o azarkeşlər var deyə, dünən “Tofiq Bəhramov”da əsl futbol izləyə bildik. Sırf elə azarkeşlər var deyə, bizdə futbol hələ ölməyib deyə bildik. Azarkeş futbola gəlir, gələcək də...
Bəs, siz niyə yerli oyunlara gəlmirsiniz, AFFA rəhbərliyi? Və dünən topa şəkildə “Qarabağ” – “Neftçi” oyununu harda izləyirdiniz? İsti kabinetinizdəmi, dəbdəbəli villanızdamı, bahalı restoranlardamı?
Ümumiyyətlə, siz heç futbol izləyirsiniz?
Aydın BAĞIROV
Email: [email protected]
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı
“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
Qurbanova GÖZƏL dəstək
"Milan" liderlik yolunda büdrədi
"Barselona" klubu ərəb şahzadəsinə satıla bilər
La Liqada oyun təxirə salındı
Tahir Gözel Əkbərlə görüşdü
"Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz" - Kaxaber Sxadadze
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Viktor Qonçarenko milli komandanın baş məşqçisi olacaq
"Zirə"nin futbolçusu Afrika Millətlər Kubokuna gedir
Müharibə bitməsə, beynəlxalq yarışlara buraxılmayacaqlar
"Bu məğlubiyyət bizi sarsıtmayacaq" - Ceyhun Nuriyev
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Məşhur güləşçi karyerasını başa vurdu
Finalda PSJ ilə “Flamenqo” üz-üzə gələcək
"Real" "Bavariya"nın futbolçusu ilə razılaşdı
Salah meydana qayıtdı, rekord qırdı
Kökçünün komandası böyük hesabla uduzdu
"Qalatasaray"ın 4 qollu qələbəsi - Video
Juninyo bu kluba satılır
"Qalatasaray" və "Rizespor"dan böyükhesablı qələbə
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu