Futboldan danışanda aramızda həmişə mübahisə düşür. Ya etiraz edir, ya da inciyən kimi olur.
- Nə fikirləşirsən çempionat haqda?
- Heç nə! Gündən-günə geri gedir.
Onda təəssüflə başını bulayır.
- Səni qınamıram. Sən də jurnalistsən. Nə vaxt nədən razı olmusuz ki?
Sonra guya bu sözləri zarafatla dediyini nümayiş etdirmək üçün gülməyə başlayır. Və bu vaxt stent qoyulan ürəyinə hər nə qədər ziyanlı olsa da, stolunun üstündəki “Marlboro” qutusundan bir siqaret götürüb damağına qoyur. Alışqanla yandırıb bir tüstü içəri atdıqdan sonra elə bil qəfil yaddaşı təzələnir, aramızdakı dostyana səmimi münasibətlərdən də istifadə edib ərklə deyir:
- Ay əclaf, bəs niyə demirsən ki, çempionatımız UEFA-da 42-dən 24-ə yüksəlib?
Siqaret iki barmağının arasında qalıb tüstüləməyə başlayır, kinayəli baxışlarla sanki “söz savaşı”nda qalib gəldiyini düşünüb, məmnun bir hal alır. Amma söhbətin axarını dəyişib məni indi üçün ən çox maraqlandıran başqa bir suala cavab tapmaq istəyirəm:
- Siqareti niyə tərgitmirsiniz? Olmaz axı, sizə...
Səhhətinə laqeyd insanlar kimi cavab verir:
- Əşiiiiii...
Futbol fikirlərimi ona görə qəbul etmir ki, həm yazılarımda, həm də özüylə söhbətdə çempionatı, futbolumuzu tənqid edirəm.
- 24-ə yüksəlməklə deyil ki. Görmürsüz, futbol, çempionat nə günə düşüb. Bölgələrdə futbol, klub qalmayıb.
- Biz neyniyək? Sponsor yoxdu da. Sponsor futbola pul qoymaq istəmir.
- AFFA Bakıdakı perspektivsiz komandalara pul buraxmaqdansa, bölgələrdə futbolu düzəldə bilməz?
Onda özündən çıxır, başlayır federasiyanı müdafiə etməyə.
- Ay müsəlman, bəs, bu qədər komandanı saxlayan kimdi? AFFA deyil? Vallah, haqsız yerə tənqid edirsiniz Rövnəq Abdullayevi, Elxan Məmmədovu...
Ofisiantın masaya yemək gətirməsi söhbətimizi bölür, üzünü ona çevirib soruşur:
- Haralısan ayə?
- Kürdəmirdənəm.
- Kürdəmirin harasından?
Və beləcə gürcüstanlı Ramin Musayevlə kürdəmirli ofisiantın şirin söhbəti başlayır. Onda mənə bir anlıq elə gəlir ki, Ramin Musayev Bolinisidə deyil, elə Kürdəmirdə doğulub. Həmin ofisiantla eyni kənddə və möhkəm də qohumdular.
Ofisiant yeni sifariş qəbul edib gedəndən sonra futbol söhbətimiz davam edir:
- Yaxşı, maa de görüm, mən necə işləyirəm? Amma kişi kimi düzünü de.
- Razı deyiləm...
Mənə elə gəlir ki, bu sözüm onun qəlbinə dəyir, yenə başını bulayır, amma fikrimi tamamlamağa imkan verir:
- Tək sizdən yox. Sizin də daxil olduğunuz futbol sistemindən. Onlardan tək mən deyil, çox adam razı deyil.
Sonra... Sonra futboldan danışmırıq daha. Heç onun özündən də. O, özündən danışmağa imkan vermir nəyə görəsə. Özünə münasibətdə hardasa xəsislik edir.
Bəs, əslində kimdi Ramin Musayev?
Təkcə bizim gördüyümüz futbol rəhbərimi? Elə deyil axı! Bizdən biridi - sıravi, qara camaatdan biri, həmişə onların içində olan biri. Heç vaxt məmurlaşmayan, məmurlaşmayacaq – bir kənd adamı kimi biri. İnsan kimi saf, yeri gələndə kübar, yeri gələndə alicənab, çox vaxt baməzə, sadə biri, ən əsası mərd biri.
Amma o bunları özünə deməyə qoymur.
Başlayır həyatdan danışmağa. Danışa-danışa doğulduğu kəndə getməyə. Sonra ordan yenə bura, Bakıya qayıtmağa. Oturduğumuz bu masada şeir oxumağa. Şeir oxuduqca ağlamağa. Ağladıqca cənnətlik anasını xatırlamağa...
Və o ana, onun ruhu bu gün səhər o başdandan Ramin Musayevi yuxudan oyadıb. Yuxudan oyananda da Ramin Musayevin yadına düşüb ki, düz 55 il əvvəl bu vaxt dünyaya gəlib!
Aydın BAĞIROV
Email: aydinbagirov@gmail.com
Deyvis "Real"la danışıq aparır
110 illik fasilədən sonra kuboku qazandılar
"Arsenal" Jorjinyo ilə müqaviləni uzatdı
"İmişli" - "Qaradağ-Lökbatan" matçında insident
"Turan Tovuz" azarkeşlərə müraciət etdi
"Şamaxı"dan qələbə, liderdən xal itkisi
"Bavariya" son 12 ildə ilk dəfə kuboksuz qaldı
2-ci liqanın oyunları eyni gündə, eyni saatda
Qvardiola, Klopp, Arteta...
"Uğurlarımı ailəm və müəllimimə borcluyam"
Xorvatiya millisinin üzvü Avro-2024-ü buraxacaq
"Mançester Yunayted"dən onun üçün 70 milyon avro
Premyer Liqada mövsümün ən yaxşısı adına namizədlər
Benzia gələcək karyerası ilə bağlı hansı qərarı verib?
"Tottenhem" 7 futbolçusunu satır
Messinin salfeti hərraca çıxarıldı
"Bavariya"nın direktorundan sərt sözlər
"Kapitanımız Florentino Peresdir"
"Trabzonspor"un 4 cavabsız qolu - Video
Avrokubokun oyunları bu kanallarda
ÇL-də həftənin ən yaxşı futbolçusu kim olacaq?
"Hakim dedi ki, bağışla, səhv etdim"
Ançelottinin ÇL-dəki tarixi rekordu
Tuhel hakimləri ittiham etdi
“Qəbələ”nin yeniyetmə futbolçuları oyundan sonra döyülüblər
"Real"ı finala yüksəldən qələbə - Video
Çempionlar Liqasında 2-ci finalçı da müəyyənləşdi
“Trabzonspor” darmadağınla finalda
"İrəvan" – "Difai Ağsu" - Video
Konfrans Liqasında ilk finalçı bilindi
"Ağdaş"ın 3 cavabsız qolu - Video
"Real" - Bavariya": Start heyətlər
Hakan Çalhanoğlu “İnter”də ayın futbolçusu seçildi
"Ağdaş"dan qələbə
1-ci Liqada 25-ci tur başladı
Misli Premyer Liqasında 35-ci turun oyun cədvəli açıqlandı