Peşəkar Futbol Liqası, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, müqavilənin məqsədi şəhid övladlarına diqqət və qayğının artırılması, onlara sağlam həyat tərzinin təbliği və bu məqsədlə onlar üçün yay düşərgələrinin təşkilidir. 3 illik müddəti əhatə edəcək müqavilə çərçivəsində ilk tədbir “Ümumdünya Uşaqlar Günü”nə həsr olunacaq və iyun ayının 1-i 5-i aralığında Qəbələ şəhərində keçiriləcək. 5 gün ərzində təşkil ediləcək müxtəlif aktiv istirahət-əyləncə tədbirlərində 8-12 yaş aralığında 30 şəhid övladı iştirak edəcək.
Tədbirlərə Qəbələ şəhərinin müxtəlif görməli yerlərində gəzintilər, əyləncəli oyunlar, Qəbələ şəhər stadionunda futbol matçı, tarixi yerlərə səyahətlər və digər aktiv istirahət vasitələri daxildir.
Əsas məqsəd uzun müddət işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş vətən övladlarının yadigarlarının xoş vaxt keçirməsinə, onların istirahət etməsinə, tarixi-coğrafi yerlərlə tanış olaraq öyrənməsinə, özləri üçün yeni məkanlar kəşf etməsinə nail olmaqdır.
Üçtərəfli müqaviləni “Peşəkar Futbol Liqası” İctimai Birliyinin prezidenti vəzifəsini icra edən Elgiz Abbasov, “YAŞAT” fondunun rəhbəri Elvin Hüseynov və "Badamlı Mineral Sular" MMC-nin direktor müavini Elbrus Novruzlu imzalayıblar.
Yuxarı
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”
İngiltərə klubu yeni baş məşqçisini rəsmən açıqladı
UEFA-nın FİFA prezidentliyinə namizədi oldu