"Mançester Yunayted"dən onun üçün 70 milyon avro

"Mançester Yunayted"dən onun üçün 70 milyon avro
DÜNYA FUTBOLU 9 May 2024 / 15:41 2621
-  A +

"Kristal Pelas"ın yarımmüdafiəçisi Maykl Olise karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.  Mançester təmsilçisinin 22 yaşlı oyunçu üçün təxminən 70 milyon avro ödəməyə hazır olduğu vurğulanıb. Futbolçu üçün "Aston Villa" və "Arsenal" da mübarizə aparır.

Bu mövsüm Olise Premyer Liqada 17 oyuna çıxıb, 9 qol vurub və 4 qolun ötürməsini verib.


Son xəbərlər