"Bu, tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir".
QOL.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Rafiq Hüseynov deyib.
Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla uğurlu nəticə əldə edən idmançımız 87 kq çəki dərəcəsində mübarizə aparmağın çətin olduğunu bildirib: "Bu çəkidə mübarizə aparmaq fərqli idi. Müəyyən səbəblərdən Bakıda keçirilən lisenziya xarakterli turnirdən kənar qalmışdım. Amma İstanbuldakı yarışda özümü göstərə bildim".
35 yaşlı təcrübəli güləşçi Olimpiya oyunlarına ciddi hazırlaşacaqlarını bildirib: "Qarşıda bizi güləş üzrə U-23 Avropa Çempionatı gözləyir. Biz təcrübəli idmançılar gənclərə dəstək olmalıyıq. Daha sonra Paris 2024 Yay Olimpiya Oyunları başlayacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, bu mənim karyeramda son Olimpiada olacaq".
Qeyd edək ki, R.Hüseynov yarımfinal mərhələsində gürcüstanlı Laşa Qobadzeyə qalib gələrək Paris Olimpiadasına lisenziyanı təmin edib.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi