Xorvatiya millisinin üzvü Avro-2024-ü buraxacaq

Xorvatiya millisinin üzvü Avro-2024-ü buraxacaq
XƏBƏR 9 May 2024 / 16:32 1110
-  A +

Xorvatiya millisinin və "Torino"nun yarımmüdafiəçisi Nikola Vlaşiç üçün mövsüm vaxtından əvvəl başa çatıb.

QOL.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb. 26 yaşlı oyunçu A Seriyasında “Bolonya” ilə matçında (0:0) zədələnib. Həkim müayinəsindən sonra məlum olub ki, onun zədəsi ciddidir. Futbolçunun sağalması üçün təxminən 2 ay vaxt lazım olacaq.

Buna görə də Vlaşiç Avro-2024-də Xorvatiya millisinə kömək edə bilməyəcək.

Qeyd edək ki, Vlaşiç bu mövsüm 33 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötürməsini verib.


Son xəbərlər