Medianın İnkişafı Agentliyinin layihəsi
Aprelin 29-da Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevə unikal uğura imza atdı. 27 yaşlı beynəlxalq usta Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycan tarixinə ilk qadın Avropa çempionu kimi düşdü.
Bugünkü müsahibimiz də məhz Ülviyyə Fətəliyevadır.
- Əvvəlcə, sizi Avropa çempionu olmağınız münasibəti ilə təbrik edirəm.
- Diqqətinizə görə təşəkkür edirəm, minnətdaram.
- Azərbaycan şahmat tarixinin ilk qadın Avropa çempionu olmağı necə izah edərsiniz?
- İlk qadın Avropa çempionu olmaq tərifsiz bir hissdir. Tarixə imza atdıq. Bu, mənim üçün çox qürurvericidir. Çox sevinirəm.

- Sözsüz ki, bu çempionluğun arxasında illərin zəhməti, əməyi var. Ona görə də keçmişə qayıdaq. Şahmata olan sevginiz necə yaranıb?
- Doğru vurğuladınız. Əlbəttə ki, bu, illərin təcrübəsi və əməyidir. Mənim şahmata həvəsim 7 yaşımda olarkən yaranıb. Qohumlarımız şahmat yarışından gəlmişdilər. O zaman şahmat fiqurlarını görmüşdüm və maraq göstərmişdim. Ailəm də bu səbəbdən məni şahmat məktəbinə yazdırdı.
- Şahmatla yeni-yeni məşğul olmağa başlayanda kimi özünüzə kumir hesab edirdiniz?
- Kumir deməsəm də, ən çox sevdiyim şahmatçı Robert Ceyms Fişer olub.
- Bəs Ülviyyə Fətəliyeva bugünkü uğurunu özündən sonra kimə borcludur?
- Təbii ki, uğurlarımı ailəm və müəllimimə borcluyam. Mənə çox dəstək olublar.
- Avropa çempionu olanadək hansı bəynəlxalq yarışlarda iştirak etmişdiniz və hansı titulları qazanmışdınız?
- Aşağı yaş qruplarında ikiqat Avrop çempionu olmuşam, həmçinin dünya çempionatında 2-ci yeri, Avropa çempionatında 3-cü yeri tutmuşam. 2022-ci il qadınların Avropa çempionatının gümüş mükafatçısıyam. Bundan əlavə, komanda şəklində Avropa çempionatında 1 dəfə gümüş, 2 dəfə bürünc medal qazanaraq adımızı tarixə yazdırmışdıq.
- Şahmat zehni idman növüdür. Özünüzü gərgin görüşlərə psixoloji və fiziki cəhətdən necə hazırlayırsınız?
- Şahmat psixoloji cəhətdən ağırdır. Bu səbəbdən çalışıram ki, özümü bütün bu fikirlərdən uzaq tutum və yalnız şahmata köklənim. Təbii ki, bu asan deyil. Yarışdan əvvəl idmanla məşğul oluruq ki, fiziki hazırlığımız da yaxşı olsun. Emosional olaraq rahatlayaq deyə təmiz havada vaxt keçiririk. Belə faktorlar yarış zamanı özünü göstərir.
- Qarşınıza hansı hədəfləri qoymusunuz?
- Planlarım haqqında danışmağı sevmirəm. Əgər həyata keçərsə, danışaram.

- Ülviyyə xanım, bəzən belə bir fikirlər səsləndirilir ki, hər bir idmançıının öz xarakterinə uyğun oyun stili olur. Sizdə də belədir?
- Bu düzdür. Bizim xarakterimiz şahmat stilimizə də yansıyır. Mən aqressiv stili sevirəm. Təbii ki, digər strategiyalar da yaxşıdır. Amma mən ən çox hücum stilini sevirəm.
- Karyeranızı neçə yaşınızda başa vurmaq istəyirsiniz?
- Düzü, hələ bu barədə düşünmürəm. Çünki bizi nələr gözlədiyini, həyatın nə gətirəcəyini bilə bilmərik. Ona görə məncə, indidən bu haqda düşünmək doğru deyil.
- Buradan gənc şahmatçılara nə demək istəyərsiniz? Hansı məsləhətləri verərsiniz?
- Onlara daim öz xəyallarının arxasıyca getməyi, qarşıya böyük hədəflər qoymağı, bu yolda maksimum çalışmağı tövsiyə edirəm. İçlərindəki o işığa insansınlar və onun arxası ilə getsinlər.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Arteta, Hau, Moyes…
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində
“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama
Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı oldu
Lukaku Belçika yığmasının düşərgəsini tərk etdi
20 yaşlı futbolçu güllələnərək öldürüldü
Zidan köməkçilərini seçdi