"Bavariya" son 12 ildə ilk dəfə kuboksuz qaldı

"Bavariya" son 12 ildə ilk dəfə kuboksuz qaldı
DÜNYA FUTBOLU 9 May 2024 / 18:55 1648
-  A +

“Bavariya” bu mövsüm kubok qazanmaq şanslarını itirib.

QOL.az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real”a uduzan (1:2) Münhen klubu turnirdə mübarizəni dayandırıb.

Tomas Tuhelin komandası daha əvvəl Almaniya Superkubokunun finalında “Leyptsiq”ə, Almaniya kubokunun 1/16 finalında “Saarbrüken”ə məğlub olaraq turnirlə vidalaşıb. Almaniya Bundesliqasında isə  artıq "Bayer" çempionluğu təmin edib.

Bununla da, "Bavariya" son 12 ildə ilk dəfə mövsümü kuboksuz başa vuracaq. Münhenlilər sonuncu dəfə  2011/12 mövsümündə kuboksuz qalmışdı.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner