Aşağıda təqdim edəcəyimiz siyahıda yer alan futbolçuların ad və soyadlarına diqqətlə fikir verin. Ayrı-ayrılıqda hər biri Azərbaycanın qadınlardan (qızlardan) ibarət A milli, U-19 və U-17 komandalarının üzvləridi: Kristina Bakarandze, Lusiya Sançez, Yaiza Relea, Alina Mixaelis, Samara Ortiz, Malena Ortiz, Merve Özdəmir, Vesela Borukova, Natalya Rodelqo Roa, Gizəm Tənəkəci, Tas Oznur, Peritan Bozdağ, Ülkü Özdemir, Hatice Özdemir, Nino Qurqenidze, Özkumru Muazez Yağmur, Neslihan Bozkaya, Aslan Beyzanur, Melis Ersoy, Seval Çakan, Dilara Soley Deli, Çelik Birgül, Gizem Arik.
Düz 23 futbolçu. Əsasən, Almaniya, İspaniya və Türkiyədən komandalarımıza cəlb edilmiş milliləşdirilmiş legionerlərdi. Onların çoxu 2017-ci ilin sonlarına kimi milli komandalarımızda çıxış ediblər və indi də etməkdədilər. İlk baxışda belə görünə bilər ki, Azərbaycanda qadın futbolu çox az inkişaf etdiyindən, üstəgəl mentalitet amilinə görə valideynlər qız övladlarını futbola buraxmadığından bizdə bu sahədə futbolçu qıtlığı var, ona görə də AFFA məcburiyyətdən legionerləri millimizə cəlb edir. Amma əlbəttə, buna yalnız federasiyanın 10 ildən çoxdu millilərimizə legionerlərin doldurulması kimi uğursuz prosesdən xəbərsiz olan insanlar inana bilər. Yaxşısı biz faktlara müraciət edək. Bugünlərdə elə AFFA-nın özünün açıqladığı 2017-ci il üçün hesabatında Azərbaycanda qızlar liqasında oyunçuların ümumi sayının artaraq 3237-yə, yüksək liqada yarışan oyunçu sayının isə 182-yə çatdığı qeyd edilib. Rəqəm hansısa gizli, yaxud da məlum məqsədlər üçün iki dəfə artırıla da bilər, amma istənilən halda hətta real faktlar ölkədə pis-yaxşı, milli komandalara cəlb edilmək üçün yetərli sayda futbolçu olduğunu göstərir.
Bir halda ki, özümüzün az da olsa, kadrımız var, onda əcnəbilərin komandalarımıza gətirilməsinə nə ehtiyac? Uğur qazanmaq üçün? Buna da inanmaq sadəlövhlük olardı. Ən azı milli komandalarımızın üzləşdiyi ardıcıl, bəzən də biabırçı məğlubiyyətlər həmin versiyanı da inkar edir, bu sahədə də aparılan “milliləşdirmə” siyasətinin tamamilə yanlış olduğunu növbəti dəfə təsdiqləyir. Və əlbəttə, bu zaman sual yaranır: Azərbaycanın özündə ən azı millidə oynamaq üçün yetərli sayda qız futbolçu olduğu halda niyə biz milli komandalara tək-tük də deyil, kütləvi halda xarici futbolçu cəlb edirik? Dərd orasıdı ki, onların hər birinə nə qədər pul xərclənir. Başqa bir problem də odu ki, hansısa Malena, Lusiya, Yaizanın oynadığı milli komandamız öz qapısından 5-6 top buraxmaqla uduzur. Bir halda ki, onsuz da böyük fərqlə uduzub heç nəyə nail ola bilmirik, niyə milli komandalarımıza cəlb edilən öz qızlarımızın sayı az, legionerlərsə çox olmalıdı? Yerli futbolçuların daha çox oynaması onların təcrübəsinin artması ilə yanaşı, qızlar arasında futbola marağı daha da artırar. Amma əlbəttə, bu adi şeyləri AFFA-dakılar bilsə belə, onları tətbiq etmirlər. Səbəb?
Səbəb, dərinə gedəndə, elə kişi futbolundakı kimidi. Amma bir fərq var. Qadın futboluna ictimai və medianın nəzarəti, təzyiqi, demək olar, yox dərəcəsindədi. Ona görə də AFFA-dakılar bu sahəni az qala büsbütün bazara çeviriblər. Kimi istəyirlər, hardan istəyirlər, hər iki tərəfə sərf edən qiymətlə razılaşıb, gətirib millidə oynadırlar. Və AFFA rəhbərliyinin birbaşa dəstək verdiyi legionerləri himayə edən çete neçə illərdi, kişi-qadın futbolu bilmədən, pul qazanmaq üçün milli komandalarda nə lazımdısa, edirlər.
Qadın futboluna həsr olunan bu yazını tamamlayanda gözüm millinin – bu dəfə qızlar deyil, oğlanlardan ibarət (U-17) millinin yenicə açıqlanan heyətinə sataşdı. Dağıstandan daha bir, sayca yüzneçəncisə futbolçu gətiriblər. Elə bil həmin legionerin əvəzinə millimizdə və onun mövqeyində oynayacaq yerli futbolçular qalmayıb, kökü tamamilə kəsilib. Amma yox, görünür, “legioner çetesi” çox güclüdü. O qədər güclü ki, hamının inandığı millinin yeni məşqçilər korpusu da onları dayandıra bilmir.
Aydın BAĞIROV
[email protected]
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun