Qvardiola, Klopp, Arteta...

Qvardiola, Klopp, Arteta...
XƏBƏR 9 May 2024 / 17:20 2999
-  A +

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Siyahıda 5 mütəxəssis yer alıb. 

Mövsümün ən yaxşısı adına namizədlər Mikel Arteta ("Arsenal"), Unai Emeri ("Aston Villa"), Xosep Qvardiola ("Mançester Siti"), Andoni İraola ("Bornmut") və Yurgen Kloppdur ("Liverpul").

İngiltərə Premyer Liqasının turnir cədvəlinə “Arsenal” liderlik edir. Mikel Artetanın komandası 36 matçdan 83 xal toplayıb. İkinci yerdə “Mançester Siti” qərarlaşıb. Xosep Qvardiolanın komandası 35 oyundan 82 xal toplayıb. Yurgen Kloppun rəhbərlik etdiyi "Liverpul" 78 xalla (36 oyun) 3-cüdür. “Aston Villa” 4-cü yerdədir (36 oyun, 67 xal). "Bornmut" isə 36 oyundan topladığı 48 xala 10-cu yerdədir.


Son xəbərlər