“Qarabağ”ın “Kukesi” qalibiyyətindən sonra Çempionlar Liqasında üçüncü mərhələyə yüksəlməsi istər-istəməz PFL-in prezidenti Ramin Musayevin bir neçə gün əvvəlki mətbuat konfransını yada saldı.
Avroliqada üç klubumuzun elə birinci mərhələdəcə mübarizəni dayandırmasına toxunarkən R.Musayev demişdi: “Biz inanırıq ki, “Qarabağ” Azərbaycanın Avropa reytinqindəki mövqeyini qoruyub saxlayacaq”. Amma bu fikirləri səsləndirərkən nəyə görəsə PFL şefinə bir jurnalistimiz sual verməyib ki, nəyə görə məhz “Qarabağ”? Və nə vaxta qədər ancaq “Qarabağ”?
Bu ölkənin futbolunun xaricdə imicini qorumaq, onu inkişaf etdirmək təbii ki, həm də “Qarabağ”ın borcudu, bu öz yerində. Bəs, yaxşı, AFFA-nın, həmin PFL-in rəhbərliyinin futbol qarşısındakı öhdəlikləri nədən ibarətdi? Hər dəfə “Qarabağ”ın matçında VİP-lojadan oturub vurulan qolu alqışlamaqdısa vəzifə və öhdəlik, bunu sıravi azarkeşlər daha yaxşı bacarır.
Sual yarana bilər ki, klublar uduzursa, buna AFFA ilə PFL nə etsin? PFL-in birinci vəzifəsi əlbəttə, çempionatın səviyyəsini normal qaydada saxlamaq, bunun üçün ciddi cəhdlər etməkdi ki, Ramin Musayev də bunu artıq ya etmək həvəsində deyil, ya da gücü çatmır. Biz gələk, AFFA-ya. Ona görə ki, bu il Avroliqada mübarizəni dayandıran üç komandadan ikisi rəsmi ya qeyri-rəsmi AFFA-dan idarə olunur. Amma zamanında baş katib Elxan bəy və SOCAR-dakı kuratorları “Neftçi”dəki transfer işlərinə ciddi nəzarət etsəydilər, klubun yekəxana prezidenti Kamran Quliyevin hər yoldan keçən futbolçunu komandaya gətirməsinin qarşısını alsaydılar, əmin olun ki, “Uypeşt” rəzilliyi də yaşanmazdı. Və bu gün fərqli yarışlarda oynasalar belə, “Neftçi” ilə “Qarabağ” yanaşı addımlayırdılar.
AFFA-nın digər klubu “Keşlə” haqda isə ümumiyyətlə, danışmağa dəyməz. Bir klub ki, özündənrazı bizimkilərin küçə komandası adlandırdığı Maltanın klubunu keçə bilmirsə, kimin küçə komandası olmasına, bundan sonra daha özünüz qiymət verin. Bu gün yeganə problem mərhələ adlamamaqda deyil, əslində. AFFA nəzarətində olduğu bu klubdakı idarəetmə adına ciddi nöqsanların qarşısını vaxtında alsaydı, ən çox da “Keşlə”nin rəhbəri Zaur Axundovun baş məşqçinin işinə müdaxiləsi kimi ciddi problemə mane olsaydı, həmin komanda da birinci mərhələdə dayanmazdı...
Amma AFFA bunu da etmədi, edibsə belə, deməli, yetərincə etməyib, ya da elə özlərinin dayaz futbol düşüncələri səviyyəsində edib. Demək ki, futbolumuzda kök salmış bu dərin problemi yoluna qoymaq hələ uzun zaman vaxt alacaq. O vaxt nə vaxt gələcək bəs? “Qəbələ” də, “Neftçi” də, AFFA da yuxudan oyanıb ən azı komanda adına dəqiq işlər görəndə.
O vaxta qədər isə biz qalaq ancaq “Qarabağ”ın ümidinə. Əziyyəti ancaq “Qarabağ” çəksin. “Qəbələ”si, “Neftçi”si, “Keşlə”si, AFFA-sı isə bu qızmar istilərdə istirahətin dadını çıxarıb keflərinə baxsın.
Aydın BAĞIROV
[email protected]
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi