“Paris-2024”dəki hədəfim qızıl medaldır" -  Azərbaycan güləşçisi

“Paris-2024”dəki hədəfim qızıl medaldır" -  Azərbaycan güləşçisi
GÜLƏŞ 10 May 2024 / 01:21 1384
-  A +

“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacağıma inanırdım”.

QOL.az xəbər verir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində “Paris-2024”ə lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov deyib.

60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı daha əvvəldən bu cür nəticəni əldə edəcəyini inandığı bildirib: “Çox rahatam idim. Heç bir həyəcanım yox idi. Yarımfinalda geriyə düşsəm də, özünəinam sayəsində hər şeyi dəyişdim. Azərbaycanı “Paris-2024”də təmsil edəcəyim üçün çox xoşbəxtəm. Fransadakı hədəfim qızıl medaldır”.

Daha çox


Son xəbərlər