Əvvəl pasportumu, dünya çempionatı üçün sənədlərimi, sonra məni diqqətlə nəzərdən keçirəndən sonra heç nə olmamış kimi sakit şəkildə deyir:
- Sizin FAN İD-də problem yaranıb! Gözləyin, araşdıraq.
FAN İD azarkeş pasportu deməkdir. Bunsuz DÇ-2018-in matçlarını izləmək üçün stadiona girmək mümkün deyil. Həmin sənədlərin yoxlama prosesi Rusiyanın girişindən - sərhədindən başlayır. Mənə o sözləri də elə sərhədçi xanım söyləyir. Kənarda durub gözləyirəm. Niyə tez-tez aeroportlarda belə vəziyyətlə üzləşirəm deyə düşünə-düşünə gedirəm üç il əvvələ. Bu dəfə Brüssel aeroportunun pasport-buraxılış məntəqəsinə. Qarşımda belçikalı sərhədçi oturub. Bir növ Jerar Depardyenin bığlı nüsxəsi. Gülə-gülə ona yaxınlaşıram, amma mənim təbəssümüm onun sifətindən yağan zəhrimarı qətiyyən azaltmır, əksinə, sanki daha da çoxaldır. Pasportuma baxmadan kobudluqla soruşur:
- Livandansan?
Axmaqcasına verilmiş bir sualdı, əlbəttə. Donub qalıram. Livan? Livanın nə dəxli? Azərbaycan vətəndaşlığımı təsdiq edən sənədimi göstərirəm, amma mənasız inadından əl çəkmir:
- Sən ərəbsən?
- Ərəb deyiləm, azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam. Bu da pasportum.
Şərqli görünüşüm onu aldadır yəqin. Onun bu inadının səbəbini də anlayıram. Axı, bir neçə gün əvvəl elə bu aeroportda ərəblər terror törədiblər. Və Brüssələ ayaq basan ərəb, yaxud şərqli birinin sorğu-suala çəkilməsi təəccüblü gəlmir. Sərhədçini azərbaycanlı və bir jurnalist olduğumla yalnız o zaman inandıra bilirəm ki, Qol.az saytına girib şəkillərim olan müəllif yazılarımı – bloqlarımı göstərirəm. Onda o, deportasiya hədəsindən əl çəkir, pasportuma icazə möhürü vurub, məni ölkəsinə buraxır.
Bu əhvalatı səfər yoldaşım, ATV telekanalının idman departamentinin rəhbəri İlkin Fikrətoğluna da danışıram. İkimiz də Moskva aeroportunda sərhədçidən cavab gözləyirik. Rusların biz azərbaycanlılara süni problem yaratdığını düşünməyə başlayırıq. Necə olur, məsələn, avropalı azarkeşlər sərhədi rahatlıqla keçir, amma biz gözləməli oluruq? Heç olmasa öz ölkələrinə hörmət olaraq dünya çempionatı zamanı belə etməsələr, olmazdımı? Amma sonra şübhələrimizdə yanılmağımızla, bunun təkcə bizimlə bağlı olmayan ümumi problem olması ilə barışırıq.
***
Qarşımızda 2018-ci ilin istehsalı olan “KİA Optima” maşını durub. Bu, dünyanın avtomobil nəhənginın Azərbaycandan gələn iki qonağı üçün ayırdığı maşındır. Eyni ilə başqa maşınlar da 30-ya yaxın digər ölkədən “KİA Motors”un qonağı statusunda Rusiyaya, DÇ-2018-in açılışına dəvət alanların da ayrıca ixtiyarına verilib (qarşılanma və yola salınma üçün).
“KİA Motors” - bu böyük brend futbol üzrə dünya çempionatının rəsmi sponsorudur. Öz müştərilərinə, partnyorlarına dəyər olaraq bu səfəri gerçəkləşdirib və koreyalılara xas yüksək qonaqpərvərlik nümayiş etdirib. Bunları sadalayım, yəqin sizin üçün də maraqlı olar: Moskvanın mərkəzində beşulduzlu “Sheraton Palace” oteldə 3 gün gecələmə, hər gün fərqli lüks restoranlarda günorta və axşam yeməyi, nəhayət, DÇ-2018-in açılışı üçün birinci dərəcədən olan 550 dollarlıq bilet. Bütün bunların xərcini şirkət öz üzərinə götürmüşdü. Hə, qonaqlar üçün xüsusi mühafizəçilərin ayrılmasını qeyd etməyi də unutmayım.
Fürsət düşmüşkən, səfərin təşkilində göstərdiyi dəstəyə görə Qol.az saytının partnyorlarından olan “KİA Motors”un Azərbaycan nümayəndəliyinə, oranın diqqətcil və mehriban personalına təşəkkür edirəm. Özüm isə bundan sonra gedirəm Moskva küçələrinə, açılış qabağı yaşananlara. Yaxud əsl futbol bayramına. 
KIA rəhbərliyi qonaqları üçün təşkil etdiyi ziyafətdən sonra
Futbol bayramı, əlbəttə, təkcə futbolun özü deyil. Futbola qədər, futbolun gedişatında və sonrasında yaşanan xoş anlardı. O bayramı da təbii ki, insanlar yaradır. Düşürsən fərqli qitələrdən, fərqli ölkələrdən olan insanların, azarkeşlərin içinə. Və bu zaman kimin iş adamı, jurnalist, dövlət qurumu işçisi, yaxud hansı peşə sahibi olması heç kimə maraqlı olmur – belə bayramda hamı sadəcə, futbol azarkeşidi. Və onlar qeyri-ixtiyari bir araya gələndə bilirsiniz necə olur? Başlayırlar qarşısında dünya ulduzuymuş kimi bir-biriylə şəkil çəkdirməyə - azərbaycanlı kolumbiyalı ilə, israilli mərakeşli ilə, argentinalı ispaniyalı ilə...

Yaxud birləşib mahnı da oxuyurlar. Məsələn, elə aşağıda təqdim etdiyim bu videodakı kimi. Başında sombrero, yəni o böyük şlyapa olan sarıyanız cənab heç də klassik meksikalı deyil. Bizim idman jurnalistlərinin sevimlisi, azərbaycanlı İlkindi. Perulu, mərakeşli, israilli, argentinalı, uruqvaylı, meksikalı azarkeşə qoşulub mahnı oxuyur, həyatının ən yaddaqalan anlarından birinin dadını çıxarır.
Və bütün bunlar hamısı əlbəttə, rus polisinin, “OMON”un gözü qarşısında baş verir. Onlar və Federal Təhlükəsizlik Xidməti ciddi təhlükəsizlik tədbirləri həyata keçirirlər.
Nədənsə, Moskva küçələrində görməyə adət etdiyimiz Azərbaycandan və Orta Asiya ölkələrindən olan miqrantlar rastımıza çıxmır. Belə xəbərlər var ki, bunun səbəbi xüsusən qanunsuz miqrantların sıxışdırılması ilə əlaqədardır. Onlara çempionatın keçirildiyi günlər zamanı oyunlar olan şəhərlərdə çoxluqla görünməsinə qadağa qoyulması barədə qeyri-rəsmi məlumatlar var. Hər halda Rusiya hakimiyyəti təşkilatçılığına 13 milyard dollar xərclədiyi bu yarışın ən yüksək səviyyədə və problemsiz, ölkənin imicinə xırda bir zərər gəlmədən keçməsi üçün maksimum səy göstərir. Paytaxtın mərkəzi küçələrində yeri gəldi-gəlmədi polis yoxlamaları da, keçiçi olaraq yoxdu. Şəhər bu aralar Rusiyanın imicinə ləkə olan skinhedlərdən də tam təmizlənib.
Bu mənada, Moksvada bütün azarkeşlər özlərini təhlükəsiz və sərbəst hiss edirlər. Kim qanunlar çərçivəsində nə istəyirsə, edir. Əsasən də azarkeşlərin şousunu qeyd etmək olar. Açılışa da fərqli millətlərdən olan azarkeşlər mahnı oxuyaraq gedirdilər. Amma ərəblərin oxuduğu mahnı nəyə görəsə mərsiyəni xatırladırdı.

Açılışdan söz düşübsə, burada mütləq biletlərin qiymətinə toxunmalı olacağam. FİFA-nın rəsmi məlumatına görə, birinci oyuna ən ucuz biletin qiyməti xarici vətəndaşlar üçün 220, ən ucuz VİP biletin qiyməti isə 850 dollardan başlayır. Qrup oyunlarında qiymət bir az enir: ən ucuz bilet 105 dollar təşkil edir. Finalda isə rəqəm bir xeyli artır: ən ucuz bilet 455 dollar.
Qiymətlərin yüksək olması heç də dünyanın müxtəlif ölkələrindən yüzminlərlə azarkeşin Rusiyaya axışmasına mane olmayıb. Bu mənada, indi Rusiyanın özü də, ora gələn azarkeşlər də bayram içindədi.
Amma o bayram ab-havası bir də Moskva aeroportuna qayıdanda yox olur. Əsasən də Bakıya gedən təyyarələrə qeydiyyat növbəsinə duranda. Rusiyada uzun illərdi yaşayan bəzi insanlarımızın hələ də elementar insani və mədəniyyət qaydalarını öyrənmədiyini görəndə.
(Ardı olacaq...)
Aydın BAĞIROV
[email protected]
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi
"Roma" yeni stadionunun planını təqdim etdi - Şəkil
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
Dembele ilin idmançısı seçildi
Sxadadze 4 oyunluq cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Prezident bu idmançılara mənzil hədiyyə etdi
İlham Əliyev ilin idman tədbirində - Yenilənib
“Belə olmaz, yerli məşqçilərə güvənməliyik”
Qurban Qurbanov bu ayrılığa razılıq vermədi
Millimizin sabiq futbolçusu Türkiyədə həbs olundu
Baxşıyev "Araz Naxçıvan"ı təkzib edir - Klubda nə baş verir?
Eks "Qarabağ"lı bu klubun baş məşqçisi oldu
Milli komandada yeni bombardir
"Araz-Naxçıvan" Elmar Baxşıyevi istefaya göndərdi - Rəsmi
İlin ən yaxşı futbol hakiminin adı açıqlandı
Alaba ilə müqavilə uzadılmayacaq
Alonsonun yerinə əsas namizəd odur
İngiltərə Premyer Liqasının ən yaxşı futbolçuları
Keçmiş federasiya prezidenti axtarışa verildi
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...