Frits Valter adlı futbolçu tanıyırsınız? Bəlkə bu sualdan sonra çoxunuz fikrə gedəcək, internetə girib axtarış da verəcəksiniz və o zaman qarşınıza təxminən belə bir məlumat çıxacaq ki, Frits 1954-cü ildə Almaniya millisinin kapitanı olub, elə həmin il də dünya çempionu adını qazanıb. Böyük Vətən Müharibəsi zamanı əsir düşərgələrində də yatmış Frits tarixə həmyerliləri Herd Müller, Frans Bekkenbaur kimi böyük və çox tanınmış futbolçu kimi düşməsə də, vətəni Almaniya üçün bir dəyərdi. Bunu təsdiq edən ən yekə fakt odur ki, doğulduğu Kayzerslautern şəhərindəki təxminən 50 minlik stadiona məhz onun adını veriblər. İlk baxışda sadə azərbaycanlı azarkeş üçün heç bir maraq kəsb etməyən bu faktın üzərində niyə xüsusi dayanıram?
İş elə gətirdi ki, Azərbaycan milli komandasıyla birgə o stadionda olmaq mənə də qismət oldu. 2017-nin oktyabrın 8-i idi. Millimiz Almaniya millisi ilə məhz bu stadionda qarşılaşdı və 1:3 hesabıyla uduzdu. Həmin arenaya getməzdən əvvəl Almaniyaya xarici ölkədən gələn bir jurnalist və bir qonaq kimi mənim ilk işlərimdən biri gedəcəyim stadionun adını daşıyan şəxsin kimliyini öyrənmək oldu. Təbii, o vaxtdan o stadion da və onun adının sahibi də yaddaşımın bir küncündə ilişib qalıb. Şübhəsiz ki, xarici ölkəyə təkcə gəzməyə deyil, həm də futbol izləməyə, onun futbol mədəniyyəti ilə tanış olmağa gedən yüzminlərlə, milyonlarla futbol həvəskarı da belə edir və etməlidi.
Almaniyada futbol şəxsiyyətlərinin adını daşıyan stadion təkcə Kayzerslauternlə məhdudlaşmır, digər şəhərlərdə də var, çoxdu. Eləcə də qardaş Türkiyədə, qonşu Rusiyada, o biri qonşumuz Gürcüstanda və digər ölkələrdə də. Amma yəqin bir tək bizim Azərbaycanda, paytaxt Bakıda neçə-neçə yaxşı stadion olduğu halda, yalnız birinin – Tofiq Bəhramovun adına stadion var. Bu ad verilib, yaxın-uzaq 90-cı illərin əvvəllərində. Böyük hakimimizin ruhunu minnətdarlıqla anarıq bir məsələnin üzərinə gəlmək istəyirəm. Məgər bizim futbol tariximiz tək Tofiq Bəhramovdan ibarətdi? Axı əcnəbiyə təqdim etmək üçün başqa bir həmişəyaşar brendimiz var - Anatoli Banişevski!
Nakam ömrünün sonuna qədər doğulduğu Bakıya, heç vaxt tərk etmədiyi “Neftçi”yə sədaqətlə bağlı olan bir futbol şəxsiyyəti. Amma bu boyda şəhərdə onun adını tabeçiliyindəki stadionlarından heç birinə vermək istəmir AFFA rəhbərliyi. Rövnəq Abdullayevdən də soruşanda, klassik tacirlər kimi açıq şəkildə deyir ki, stadionların adı satılıqdı, kim istəyirsə pul verib, lap atasının adını qoysun. Bizim baş futbol qurumumuzun, futbol idarəçilərimizin Banişevskiyə, onun əziz xatirəsinə qoyduğu qiymət, bax budu. Yəni əsl bazar söhbəti…
Yaxşı, AFFA-nın mövqeyi məlum, bəs Gənclər və İdman Nazirliyi? Bəlkə ordan kimsə buna təşəbbüs göstərə, dövlətin idman siyasətinə birbaşa cavabdeh olan bu qurum futbol ictimaiyyətinin çoxdandı müzakirə etdiyi, uzun illərdi arzusunda olduğu bu məsələyə diqqət və dəstək göstərə?
Bu məsələyə çox toxunmuşuq və gələcəkdə təkrar-təkrar yenə toxunacağıq. Bu gün də ona görə həmin mövzudan yazırıq ki, Banişevskinin 72 yaşı tamam olur. Amma AFFA-ya elə gəlir ki, aparıb futbol tariximizin böyük simasının qəbri üstə 3-4 qərənfil qoymaq onun ruhunu şad etmək, mənəvi borcdan çıxmaqdı.
Gül qoymaqla isə borc silinmir. Borc bəlkə o vaxt təmiz silinəcək ki, Bakıdakı stadionlardan birinə Banişevskinin adı veriləcək, xatirəsinə ehtiram olaraq o güllər təkcə qəbri üstə deyil, arenada ucaldılacaq heykəli və ya büstü önünə qoyulacaq. Onda həmin stadion da olacaq bizim futbolun məbədi! Və həmin stadiona gələn hər bir xariciyə fəxrlə bizim Banişevskimiz kimi böyük futbolçumuz da olub deyəcəyik. AFFA insafa gəlsə, heç olmasa, Banişevskiyə münasibətdə pulu düşünməsə, bunlar da olacaq. Mütləq olacaq.
Aydın BAĞIROV
[email protected]
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun