Bu gün Azərbaycanın üç yunan-Roma güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
QOL.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində ilk olaraq Murad Məmmədov (60 kq) Aleksandrs Jurkansı (Latviya) 10:1, Kristofer Krameri (Almaniya) 10:1, Mixal Trakı (Polşa) isə 5:1 hesabı ilə məğlub edib.
Məmmədov yarımfinalda Razvan Arnaut (Rumıniya) üzərində 8:2 hesabı ilə qalib gələrək Olimpiya lisenziyasını qazanıb.
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 35 yaşlı idmançı təsnifatda İlias Paqkalidisə (Yunanıstan) 3:1, Kumar Sunilə (Hindistan) 4:3 və Aleks Kessidisə (İsveç) 2:1 hesabı ilə qalib gəlib. O, yarımfinalda Gürcüstanlı Laşa Qobadzeyə qalib gələrək Olimpiya lisenziyası qazanıb.
Sabah Şəriati (130 kq) isə Nikolas Ntuniası (Yunanıstan) 8:3, Roman Kimi (Qırğızıstan) 10:0 və Mantas Knystautası (Litva) 1:1 hesabı ilə məğlub edib. Yarımfinal görüşündə o, Pavel Qlinçuka (AİN) qalib gələrək (1:1) Olimpiya lisenziyasını qazanıb.
Beləliklə, Azərbaycan Olimpiadaya 23-cü lisenziyanı əldə edib.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi