“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video

“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
XƏBƏR 6 Noyabr 2026 / 20:22 368
-  A +

Misli Premyer Liqasının 11-ci turunda keçirilən “Qarabağ” – “Turan Tovuz” matçından (0:1) sonra Ağdam klubunun azarkeşləri futbolçulara etiraz ediblər.

QOL.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra “Qarabağ”ın “İmarət” fan-klubunun üzvləri futbolçuları tribuna önünə, öz yanlarına çağırıblar.

Komandalarının məğlubiyyətindən narazı qalan azarkeşlər “Bu azarkeşin haqqını verin!” şüarını səsləndirərək futbolçulardan daha yaxşı nəticələr tələb ediblər.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqada ardıcıl 4-cü oyundur qələbə qazana bilmir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner