Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”

Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
ÖLKƏ FUTBOLU 7 Noyabr 2026 / 11:18 66
-  A +

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Misli Premyer Liqasının XI turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Oyunla bağlı nə deyə bilərsiniz? 

- Əlbəttə, təəssüflənirik. Məqsədimiz qələbə qazanmaq idi. Düzdür, asan olmayacağını bilirdik. Çünki “Turan Tovuz” son zamanlar yaxşı formadadır. “Zirə” və “Sabah”a qalib gəlmişdilər, “Neftçi” ilə heç-heçə oynamışdılar. Yəni bizi çətin oyun gözləyirdi. Buna baxmayaraq, qələbə qazanacağımıza inanırdıq. Təəssüf ki, alınmadı. 

- “Qarabağ” artıq 3 oyundur qol vura bilmir. Bunun səbəbi nədir?

- Səbəbi dəqiq deyə bilmərəm. Qol vura bilmiriksə, deməli, nələrsə çatmır. Məşqçilər oyunları analiz edirlər. İnanıram ki, növbəti matçlarda fərqlənə biləcəyik.  

- Son zamanlar az oynayırsınız...

- Mən həmişə üzərimdə çalışıram. Məşqlərdə əlimdən gələni edirəm. 

- “Qarabağ”ın hədəfləri dəyişməyib?

- Xeyr, hədəfimiz çempionluqdur. Düzdür, son xal itkiləri ilə işimizi çətinə saldıq. Lakin sonuna qədər döyüşəcəyik, məqsədimizdən əl çəkməyəcəyik

- Ümumiyyətlə, uğursuzluğun səbəbini konkret nədə görürsünüz?

- Əvvəldən çempionatın gərgin keçəcəyi bəlli idi. İddialıların sayı artıb. Rəqiblər güclüdür. Buna baxmayaraq, çalışacağıq vəziyyətdən çıxaq.

- Növbəti turda səfərdə “Kəpəz”in qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz?

- Məqsədimiz qələbədir. Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir. Futbolda belə hallar olur, bəzən nələrsə çatmır. İnanıram ki, növbəti oyunlarda istəyimizə çatacağıq. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner