“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”

“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
DÜNYA FUTBOLU 6 Noyabr 2026 / 10:14 113
-  A +

Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus Portuqaliya millisində karyerasını başa vuran Kriştiano Ronaldonu və bu ölkənin futbol federasiyasını tənqid edib.

QOL.az xəbər verir ki, o, bu barədə “Sky Sport”a açıqlamasında danışıb.

Matteus bildirib ki, Ronaldonun millidəki karyerasının sonu və son həftələrdə baş verənlər futbolçuya yaraşmır:

“Onun millidəki karyerasının sonu, eləcə də son həftələrdə baş verənlər son dərəcə utancverici idi. Bunda həm Ronaldonun özü, həm də Portuqaliya Futbol Federasiyası günahkardır. Messidən fərqli olaraq, o, öz şansını əldən verdi. Federasiya isə onun millinin düşərgəsini tərk etməsindən sonra tətbiq etdiyi gülünc cərimə ilə özünü biabır etdi.

Onun “Mançester Yunayted” və “Real”dakı illəri, eləcə də futbol irsi unikaldır. Möhtəşəm karyera yaşayıb. Amma bu karyeranı bundan pis başa vurmaq mümkün deyildi. Bu, ona heç yaraşmadı”.

Matteusun fikrincə, Ronaldo da Messi kimi dünya çempionatından sonra xüsusi vida matçı ilə yola salınmalı idi. Bunun əvəzinə onun millinin düşərgəsini incik halda tərk etməsi və federasiyanın ona cərimə tətbiq etməsi karyerasının sonunu kölgədə qoyub.


Qarabağ FK
Son xəbərlər
05.11.26  00:55

Amorim narazıdır

topaz banner