"Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam" - Emin Mahmudov

"Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam" - Emin Mahmudov
ÖLKƏ FUTBOLU 6 Noyabr 2026 / 16:28 225
-  A +

"Bu gün qəlbimdə həm qürur, həm də kövrəkliklə sizinlə vacib bir qərarımı bölüşürəm: Azərbaycan milli komandasında karyeramı başa vururam".

QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov öz sosial şəbəkə hesabında paylaşıb.

Milli komandada karyerasını başa vurmağa hazırlaşan 34 yaşlı yarımmüdafiəçi qərarını belə açıqlayıb:

"Milli formanı ilk dəfə geyindiyim günü heç vaxt unutmayacağam. O formanı geyinib ölkəmi təmsil etmək, bu komandanın kapitanı olmaq həyatımın ən gözəl illərindən biri idi. Bu illər mənə unudulmaz anlar, dəyərli dostluqlar və sözlə ifadə etməkdə çətinlik çəkdiyim duyğular bəxş etdi.

Bu yolda yanımda olan komanda yoldaşlarıma, məşqçilərimə və mənə inanan hər kəsə ürəkdən təşəkkür edirəm. Ən böyük təşşəkür isə hər zaman dəstəyini hiss etdiyim azarkeşlərimizədir. Sevincimizi də, çətin anlarımızı da birlikdə yaşadıq.

Milli forma ilə keçirdiyim illərə qürurla və minnətdarlıqla baxıram.

Hər şey üçün təşəkkür edirəm".

Qeyd edək ki, Azərbaycan millisinin noyabrın 16-da Andorra ilə keçirəcəyi yoxlama oyunu Emin Mahmudov üçün yığmada sonuncu matç olacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner