İnfantino planlarından imtina etdi

İnfantino planlarından imtina etdi
DÜNYA FUTBOLU 7 Noyabr 2026 / 10:54 254
-  A +

FİFA prezidenti Canni İnfantino dünya çempionatı və klublararası dünya çempionatının iştirakçı sayının artırılması planlarından imtina edib.

QOL.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Bildirilib ki, İnfantino FİFA rəhbəri vəzifəsinə yenidən seçiləcəyi təqdirdə hər iki turnirin genişləndirilməsində israr etməyəcəyini və bununla bağlı bütün planlardan imtina edəcəyini qurumun rəhbər şəxslərinə çatdırıb.

Məlumata görə, bu addım onun dünya çempionatının yayım hüquqlarının satılması planı ətrafında yaranan qalmaqaldan sonra üzərindəki təzyiqi azaltmaq və yenidən seçkilərdə tərəddüd edən şəxslərin dəstəyini qazanmaq cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, hazırda dünya çempionatında 48, klublararası dünya çempionatında isə 32 komanda mübarizə aparır.


Qarabağ FK
Son xəbərlər
topaz banner