Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı

Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
XƏBƏR 6 Noyabr 2026 / 13:42 55
-  A +

Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb.

QOl.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb..

12-ci qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşü Dino Kramar, Nikola Jeliç və Nina Nakiç idarə edəcək.

Matçın "timekeeper"i Hidayət Feyzullayev, hakim-inspektoru Ancelo Qalante (İtaliya), UEFA nümayəndəsi isə Ştefan Kammerer (Almaniya) olacaq.

Qeyd edək ki, Azərbaycan – Latviya oyunu noyabrın 8-də Bakı İdman Sarayında keçiriləcək və saat 20:00-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
05.11.26  00:55

Amorim narazıdır

topaz banner