İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir

İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
DÜNYA FUTBOLU 6 Noyabr 2026 / 09:51 97
-  A +

İspaniyada futbolçular qarşıdakı turun oyunlarının keçirilməməsini tələb edirlər.

QOL.az xəbər verir ki, bu barədə İspaniya Futbolçular Assosiasiyası rəsmi açıqlama yayıb.

Buna səbəb Sequndanın 12-ci turunda baş verən faciəvi hadisədir. "Tenerife"nin hücumçusu Xesus de Miqel "Andorra"nın qapıçısı Xesus Ovono ilə toqquşma zamanı ağır zədə alıb. Hadisədən sonra 30 yaşlı futbolçunun ürəyi dayanıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İspaniya Futbolçular Assosiasiyası (AFE) hadisədən sonra La Liqa da daxil olmaqla müxtəlif liqalarda çıxış edən futbolçularla əlaqə saxlayıb. Futbolçular yekdilliklə qarşıdakı turun oyunlarının təxirə salınmasının tərəfdarı olduqlarını bildiriblər.

Assosiasiyanın sosial şəbəkə hesabında yayımlanan bəyanatda qeyd olunub ki, baş verən faciəvi hadisə futbolçuların emosional vəziyyətinə ciddi təsir edib və belə şəraitdə yarışları adi qaydada davam etdirmək düzgün deyil.

AFE vurğulayıb ki, futbol yarışdan, idman və iqtisadi maraqlardan daha üstün olan insani dəyərləri, hörmət və həmrəyliyi nümayiş etdirməlidir.


Qarabağ FK
Son xəbərlər
05.11.26  00:55

Amorim narazıdır

topaz banner