Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi

Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
ÖLKƏ FUTBOLU 6 Noyabr 2026 / 13:06 145
-  A +

Azərbaycan 1-ci liqasında mübarizə aparan "Mingəçevir"ə texniki məğlubiyyət verilib.

QOL.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin bugunkü iclasında qərar verilib.

1-ci liqanın 7-ci turunda "Şahdağ Qusar"la oyuna çıxmaqdan imtina edən meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub isə 3000 manat cərimələnib.

Qeyd edək ki, komandanın oyununa çıxmamasının səbəbi onların uzun müddətdir maaşlarını ala bilməmələridir. Futbolçular etiraz əlaməti olaraq meydana çıxmaqdan imtina ediblər.

Daha çox


Qarabağ FK
Son xəbərlər
05.11.26  00:55

Amorim narazıdır

topaz banner