AFFA-nın rəsmi saytı bu gün açıqlama yayıb ki, “Avro-2020”nin dünənki Azərbaycan – Slovakiya oyunundan sonra “Bakcell Arena”da qurumun İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib. Əlbəttə, toplantıda millinin son illərdəki uğursuzluqlarından təngə gəlib, son oyunda stadionda federasiya rəhbərliyini istefaya səsləyən minlərlə, sosial şəbəkələrdə isə onlara dəstək olan onminlərlə azarkeşin haqlı çağırışına qətiyyən toxunulmayıb.
Çünki mətləbi uzatmayıb, qısaca və nəyisə malalamadan, olduğu kimi desək, o komitənin üzvlərinin 90-95 faizində artıq vicdan, mənəviyyat, sadə insanlara hörmət deyə bir şey qalmayıb. Vicdanı olan nə edərdi? Bəli, hələ istefaya getmək bir yana, heç olmasa dünənki rəzillikdən sonra əsəbindən yata bilməyən bu qədər insandan üzr istəyərdi. Amma bunu etmək əvəzinə, görün, bu gün AFFA hansı açıqlamanı verib:
“Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.
İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər”.
İndi qara şriftlə xüsusi fərqləndirdiyim sonuncu cümləni diqqətlə bir də oxuyun. Sonra yenə oxuyun. Fikir verin, bütün məsuliyyət ancaq futbolçuların üzərinə atılıb. Oynayan futbolçudur, doğru, amma mart ayından bəri hazırlaşdırıb meydana çıxaran kimdir bəs? Qurban Qurbanov? Bu komanda iki oyuna qapısından düz səkkiz qolu kimin axmaq taktikası, uşaqcasına səhvləri, yanlış heyət seçiminə görə buraxıb?
Hə, Nikola Yurçeviç adlı xorvatın. Bəs, Yurçeviç kimdi? Azərbaycana gələnə qədər cəmi bir dəfə (!) baş məşqçi kimi çalışan və... işlədiyi Zaqreb “Dinamo”sundan uğursuz nəticələrə görə, təsəvvür edin, vur-tut 11 oyundan, hardasa 2 aydan sonra qovulan biri! Amma AFFA rəsmi açıqlamasında məğlubiyyətin birbaşa günahkarı olan Yurçeviçə güldən ağır soz demir. Ona görə ki, Yurçeviç Elxan Məmmədovun adamı, daha dəqiqi, onun “boz kardinalı” olduğu uğursuz futbol menecerlərindən ibarət çetenin Azərbaycana yüksək məbləğə sırıdığı növbəti uğursuz zay futbol məhsuludur.
Bəli, məhz elə onun adamı olduğuna görə də İcraiyyə Komitəsinin üzvləri - bizim adı futbol mütəxəssisi olan, amma futbol üçün daha heç nə etməyən, etmək istəməyən Kazbek Tuayev, İsgəndər Cavadov, Vaqif Sadıqov, guya milliyə məsləhət verməli olan Məşqçilər Komitəsinin üzvlərindən Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov, Yaşar Vahabzadə bugünlər sanki Marsa uçublar. "Bu komanda niyə bugündədi, bu ölkənin futbolu niyə bu hala salınıb" kimi suallara təkcə Rövnəq Abdullayev, Elxan Məmmədov cavab verməməlidir. Və dünənə kimi "Qurban Qurbanov nəticə verməlidir" deyənlər bu gün qaçıb gizlənməməlidirlər. Çünki bu ölkənin futbolunun problemini söyləmək bir tək 3-4 jurnalistin və hələ də özünə hörmət qoyan bir neçə futbol adamının işi olmamalıdır. Adlarını çəkdiyim mütəxəssislər də, bu gün futbolumuzda həqiqi nüfuz və söz sahibi olan Qurban Qurbanov da, Rəşad Sadıqov da nəhayət, futbolumuzun bugünkü ağır durumunun səbəbləri və çıxış yolları barədə qətiyyətli fikirlərini deməlidirlər.
Əsk halda içi bütün bu adlarını çəkdiyim və çəkmədiyim mütəxəssislərin də futbolumuzun qara hərflərlə yazılmaqda olan tarixində məsuliyyət payı AFFA-dakılardan az olmayacaq.
Aydın BAĞIROV
[email protected]
1-ci liqada 3 oyun
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib
"Neftçi"də səbrlə gözləmək adəti yoxdur" - Qriqorçuk
"Zaqatala"ya texniki məğlubiyyət verildi
"Zirə"nin qış hazırlıq planı bilindi
Səbuhi Abdullazadə: "Xal qazanmaq üçün əzmkarlıq çatmadı"
Kapitan 100-ü yarıladı
Rafinya Alkantara 32 yaşında karyerasını başa vurdu
FİFA qadağanı ləğv etdi
Azərbaycan millisinin formaları satışda - Şəkillər
"Milan" Divok Origi ilə yolları ayırdı
“Sabah”dan ilk: 10-cu qış çempionu
185 oyunda 447 qol: “Qarabağ”dan üstünlük
“Sumqayıt” hamını qabaqladı
Neymar əməliyyat olundu
"Napoli" Superkuboku belə qazandı - Video
“Atletik” öz meydanında uduzdu
Salah Misirə qələbə qazandırdı
İtaliya Superkubokunun qalibi müəyyənləşdi
“Traktor”dan ardıcıl dördüncü qələbə - ÇL
Türkiyə Superliqasında 2 oyunda 13 qol
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı