UEFA İrlandiya və İsrail yığmalarının gələcək püşkatmalarda bir-biri ilə qarşılaşmaması ilə bağlı müraciəti rədd edib.
QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, UEFA milli komandaların püşkatmalarda bir-birindən ayrılması ilə bağlı qərarların hər bir hal üzrə ayrıca qəbul edildiyini və əsas meyarın təhlükəsizlik olduğunu açıqlayıb.
İrlandiya Futbol Assosiasiyasının baş icraçı direktoru Devid Kuell bildirib ki, qurum fevralda Millətlər Liqasının püşkatmasından sonra UEFA-ya müraciət edərək iki komandanın gələcək püşklərdə ayrılmasının mümkün olub-olmaması ilə bağlı sorğu ünvanlayıb. Qurum isə onların bu istəyini geri çevirib.
İsrail Futbol Assosiasiyası isə UEFA-ya belə bir rəsmi müraciətin edilib-edilmədiyini aydınlaşdırıb.
Qeyd edək ki, İrlandiya və İsrail sentyabrın 27-də və oktyabrın 4-də Millətlər Liqasında qarşılaşacaqlar. İlk oyun Macarıstanın Debretsen şəhərində, ikinci görüş isə Serbiyanın Baçka Topola şəhərində azarkeşsiz keçiriləcək.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb