“Heç bir oyun asan keçmir. Liqanın da, “Sabah”ın da səviyyəsi yüksəkdir. Rəqibin oyununu analiz etmişdik. Bilirdik ki, matça yüksək tempdə başlayacaqlar. Biz də buna hazır idik”.
QOL.az xəbər verir ki, bu sözləri “İmişli”nin müdafiəçisi Ronaldo de Souza Misli Premyer Liqasının VI turunda səfərdə “Sabah”a qarşı keçirdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, 1:3 hesablı məğlubiyyəti belə şərh edib: “Oyun yüksək tempdə keçdi. Rəqib təzyiq göstərib erkən qol vurmağa çalışırdı. Həftə boyu bunun üzərində xüsusi işləmişdik. Lakin düşünürəm ki, rəqib nə qədər güclü olsa da, xal almaq mümkün idi. Qol da vurduq. Sadəcə sonluq istədiyimiz kimi alınmadı”.
“Ən azından 1 xal qazanmağınıza nə mane oldu?” sualını braziliyalı müdafiəçi belə cavablandırıb: “Xal ala bilərdik. Hətta deyərdim, buna yaxın idik. Sona yaxın hesab arasındakı fərqi azaltdıq. Sonradan irəli atıldıq ki, ikinci qolu da vuraq. Təəssüf ki, sonluq istədiyimiz kimi olmadı. Əvəzində əks-hücumda qol buraxdıq. Ümumilikdə, komandamızın çıxışından razı qaldım. Özümüzü yaxşı tərəfdən göstərdik”.
Ronaldo növbəti turda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan da söz açıb: “İstəyimiz hər matçda maksimum xal qazanmaqdır. Bilirik ki, heç bir oyunumuz asan keçmir. Milli fasilə bizə kömək edəcək. Daha çox hazırlaşacağıq. “Qarabağ” güclü rəqibdir, lakin futbolda hər şey mümkündür. Rəqib nə qədər güclü olsa da, o demək deyil ki, heç bir şansımız yoxdur”.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu