Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün “Fənərbaxça”nın yarımmüdafiəçisi N’Qolo Kanteni heyətə dəvət etməyib.
QOL.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində yer alan 35 yaşlı futbolçu bu dəfə siyahıdan kənarda qalıb. “Fənərbaxça”nın digər yarımmüdafiəçisi Matteo Qenduzi də milliyə çağırılmayıb.

Zidan keçirdiyi mətbuat konfrandında Kante ilə bağlı qərarının futbolçunun səviyyəsi ilə əlaqəli olmadığını bildirib:
“N’Qolo Kanteni heyətə daxil etmədim. Bu, tamamilə planlaşdırma ilə bağlı qərardır. Heyətdə komandanı daha da irəli apara biləcək futbolçular var. Bunun onun futbol keyfiyyəti ilə qətiyyən əlaqəsi yoxdur.
Kante hər zaman nümunə göstərilən futbolçu olub. Amma hazırda onun artıq 35 yaşı, mənim isə bu komandanın baş məşqçisi olaraq 4 illik layihəm var. Seçimlərimi də bu məntiqə uyğun etmişəm”.
Kante Fransa millisində indiyədək 69 oyun keçirib və 2 qol vurub.
Fransa Millətlər Liqasının ilk oyununu sentyabrın 25-də səfərdə Türkiyə millisinə qarşı keçirəcək.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər
Avropa çempionatında 2 qələbə
Vinçentso İtaliano: "İlhan belə davam etsə..."