Bundesliqa klubundan baş məşqçi qərarı

Bundesliqa klubundan baş məşqçi qərarı
DÜNYA FUTBOLU 19 Sentyabr 2026 / 10:45 234
-  A +

“Hamburq” baş məşqçi Merlin Polzinlə yeni müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Lakin müqavilənin detalları açıqlanmayıb.

35 yaşlı alman mütəxəssis 2024-cü ilin noyabrından komandanı çalışdırır. Polzin “Hamburq”u 7 illik fasilədən sonra Bundesliqaya qaytarıb.

Komanda 2025/26 mövsümündə Bundesliqada mübarizə aparıb və çempionatı 13-cü pillədə başa vuraraq elitadakı yerini qoruyub.

Polzinlə yanaşı, onun köməkçiləri Loik Fave, Riçard Kron və Maks Berqmanın da müqavilələri uzunmüddətli əsasda uzadılıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner