“Qalatasaray” Türkiyə Superliqasında mövsümün ilk 6 turu üzrə son 60 ilin ən pis müdafiə göstəricisinə imza atıb.
QOL.az bu haqda “Ajansspor”a istinadən xəbər verir.
İstanbul təmsilçisi 6-cı turda səfərdə “Trabzonspor”a 0:4 hesabı ilə uduzduqdan sonra cari mövsümdə buraxdığı qolların sayı 10-a çatıb.
“Qalatasaray” sonuncu dəfə 1966/67 mövsümünün ilk 6 oyununda daha çox – 11 qol buraxmışdı. Beləliklə, komanda 60 ildən sonra ən pis müdafiə startını gerçəkləşdirib.
“Qalatasaray” bu mövsüm keçirdiyi 6 liqa matçının yalnız 2-də qapısını toxunulmaz saxlayıb. Bunlar “Erzurumspor” və “Kocaelispor”la görüşlər olub.
Komandanın qapısına 6 tur ərzində ümumilikdə 19 dəqiq zərbə vurulub. Bu, hər oyuna orta hesabla 3,2 dəqiq zərbə deməkdir.
Əsas qapıçı Uğurcan Çakır 5 qarşılaşmada 8 qol buraxıb. Onun hər oyuna buraxdığı qol ortalaması 1,6-dır. Gənc qapıçı Cankat Yılmaz isə meydana çıxdığı yeganə liqa matçında “Göztəpə”dən 2 qol buraxıb.
Baş məşqçi Okan Buruk ilk 6 turda start heyətinin müdafiə xəttində 6 fərqli futbolçudan istifadə edib. İsmail Yakobs, Abdülkerim Bardakçı, Davinson Sançes və Roland Sallai 4 matçda müdafiə “dördlüyü”nü təşkil ediblər. Digər oyunlarda Mario Lemina və Eren Elmalı da start heyətində müdafiədə yer alıblar.
Bu, eyni zamanda Okan Burukun “Qalatasaray”dakı 5 mövsümü ərzində ilk 6 tur üzrə ən pis müdafiə göstəricisidir. Komanda onun rəhbərliyi altında ilk 6 turda 2022/23 mövsümündə 4, 2023/24-də 3, 2024/25-də 5, 2025/26-da isə cəmi 2 qol buraxmışdı. Cari mövsümdə bu rəqəm 10-a yüksəlib.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video