PSJ prezidenti ilə bağlı araşdırma başladı

PSJ prezidenti ilə bağlı araşdırma başladı
DÜNYA FUTBOLU 20 Sentyabr 2026 / 13:10 235
-  A +

Paris prokurorluğu PSJ-nin prezidenti Nasser Əl-Xələfi ilə bağlı ilkin araşdırmaya başlayıb.

QOL.az “FootMercato”ya istinadən xəbər verir ki, araşdırma “Anticor” təşkilatının müraciətindən sonra Paris prokurorluğunun maliyyə antikorrupsiya bölməsinə yönləndirilib.

Əl-Xələfi 2024-cü ilin yayında eyni vaxtda PSJ-yə rəhbərlik edib, “beIN Media Group”un prezidenti olub və Fransa Peşəkar Futbol Liqasının (LFP) direktorlar şurasında yer alıb.

“Anticor” hesab edir ki, bu vəzifələrin eyni şəxs tərəfindən tutulması Əl-Xələfinin Fransa çempionatının televiziya yayım hüquqlarının satışı ilə bağlı danışıqlar zamanı mümkün maraqlar toqquşmasına və “beIN Media Group”un maraqlarına təsir göstərməsinə şərait yarada bilərdi.

Təşkilat məsələ ilə bağlı müraciətini martın 3-də Paris prokurorluğuna təqdim edib. Hazırda isə iş üzrə ilkin araşdırma mərhələsinə keçilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner