Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"

Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
DÜNYA FUTBOLU 19 Sentyabr 2026 / 10:30 300
-  A +

“Latsio”nun baş məşqçisi Cennaro Qatuzzo Mauro İkardinin Roma klubuna mümkün keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, italiyalı mütəxəssis hazırda azad agent olan 33 yaşlı hücumçunun transferini istisna edib.

İkardi bu yay da “Latsio” ilə əlaqələndirilmişdi. Sentyabrda Roma klubu argentinalı futbolçunun ətrafı ilə danışıqları yenidən başladıb. Lakin yekun qərarın Qatuzzonun mövqeyindən asılı olduğu bildirilirdi.

Qatuzzo isə hücum xəttinin Andrea Pinamonti və Albert Qudmundssonun transferindən sonra formalaşdığını vurğulayıb: “Biz seçimimizi etdik – Pinamonti və Qudmundssonu transfer etdik. Futbolçulara söz verdikdə geri çəkilə bilməzsən. İkardiyə bütün hörmətimlə deyirəm ki, bu məsələni prezident və direktorla müzakirə etmişəm. Əlimizdə olan heyətlə davam etmək düzgün olacaq. İkardinin "Latsio"ya transferi mümkün deyil”.

Qeyd edək ki, “Latsio” cari mövsümdə A Seriyasında ilk 4 turda 3 qələbə qazanıb, 1 heç-heçə edib. Roma təmsilçisi növbəti matçda səfərdə “Venesiya” ilə qarşılaşacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner