Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun

Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
XƏBƏR 19 Sentyabr 2026 / 10:13 380
-  A +

Məlum olduğu kimi, FİFA-nın ilk dəfə təşkil edəcəyi U-15 Dünya Kuboku və Festivalı 2026-cı ildə (22-30 oktyabr) Azərbaycanda keçiriləcək.

QOL.az xəbər verir ki, FİFA turnirin formatı və təşkili ilə bağlı ətraflı məlumat yayıb. Yarışda quruma üzv 191 ölkənin komandası iştirak edəcək. Bakıya futbolçular, məşqçilər və rəsmilər daxil olmaqla 3 mindən çox iştirakçının gələcəyi gözlənilir.

Azərbaycan millisi “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor yığmaları ilə birlikdə yer alıb

Çempionatın oyunları hazırda tikintisi davam edən Hövsandakı meydançalarda keçiriləcək. Yalnız açılış matçı və altı final oyunu istisna təşkil edəcək. Bu qarşılaşmalar “Kristal Holl”da oynanılacaqOktyabrın 24-də keçiriləcək açılış matçında Azərbaycan və Şərqi Timor yığmaları qarşılaşacaq.

Turnir ənənəvi futboldan fərqli formatda təşkil olunacaq. Komandalar meydana 8 futbolçu ilə (8x8) çıxacaq. Hər qarşılaşma 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Meydanların ölçüsü 68x47 metr, qapılar isə standart ölçüdə – 7,32x2,44 metr olacaq.

Hər komandanın heyətində 14 futbolçu və maksimum 6 nəfərdən ibarət məşqçi və inzibati heyət yer ala bilər. Yarışda 2011 və 2012-ci il təvəllüdlü futbolçular iştirak edəcəklər.

Turnir iki mərhələdən ibarət olacaq. Əvvəlcə komandalar qruplarda mübarizə aparacaq və hər biri dairəvi sistemlə 4-5 oyun keçirəcək. Bu mərhələdəki nəticələrə əsasən komandalar ikinci mərhələdə səviyyələr üzrə bölünəcəklər.

İkinci mərhələ 6 səviyyədən (Tier) ibarət olacaq. Komandalar burada da 4-5 qarşılaşma keçirəcəklər. Bütün iştirakçılar son oyun gününədək mübarizəni davam etdirəcəklər. Hər səviyyənin öz qalibi müəyyənləşəcək. Ən yüksək – A səviyyəsinin qalibi isə FİFA U-15 Dünya Kuboku və Festivalının çempionu elan olunacaq.

Ümumilikdə turnir çərçivəsində 1000-ə yaxın oyun nəzərdə tutulub. Hövsan Yarış Kompleksində eyni vaxtda 20 matçın keçirilməsi mümkün olacaq və ayrı-ayrı meydançalarda gündə 10-a qədər görüş təşkil ediləcək.

Final mərhələsinin həlledici görüşləri isə “Baku Crystal Hall”da təşkil olunacaq.

Ukrayna mediasının yaydığı xəbərə görə, bu ölkənin U-15 komandası Bakıdakı yarışda iştirak etməyəcək. Buna səbəb isə FİFA-nın Rusiyanın U-15 komandasını Azərbaycandakı yarışa buraxmasıdır.

Qrupların tərkibi


Qarabağ FK
Son xəbərlər
topaz banner