Anatoli Banişevski Azərbaycana, xüsusən paytaxt Bakıya, “Neftçi”yə ürəkdən və sədaqətlə bağlı biri olub. Zamanında elə buna görə kimsə xeyirxah təşəbbüs göstərərək onun adını Masallı şəhərindəki yerli stadiona verib. Son illər bu şəhərdə futbolun olmaması ucbatından isə həmin arenanın da durumu bərbad hala düşüb. Daha dəqiqi, yerli dövlət qurumlarının biganəliyinə görə stadion mal-qaranın otlaq sahəsinə çevrilib.
Masallı stadionunu bir kənara qoyub biz gələk Bakıya... Niyə Bakı? Əvvəla bayaq qeyd etdiyim kimi, əfsanəvi futbolçumuz həmişə bu şəhərə sədaqətlə bağlı idi. SSRİ dövründə başqa sovet respublikalarının komandalarından aldığı çoxsaylı təkliflərə baxmayaraq, doğma şəhərini və “Neftçi”ni tərk etməyib, futbolçu karyerasının sonuna qədər də klub səviyyəsində məhz bu komandada çıxış edib. Amma təəssüf ki, bu günə qədər Banişevskinin adı normal səviyyədə əbədiləşdirilməyib. Ümumiyyətlə, ürəkağarıcı məqamlardan biri də budur ki, Banişevski indi daha çox doğum və ölüm günündə yada düşür: kimisi ürəkdən, kimisi görüntü xatirinə onun qəbrini ziyarət edir, kimisi də mətbuatda 1-2 yazı yazmaqla mənəvi borcunu ödədiyini düşünür. Amma bunlar yetərli deyil, təbii ki... Banişevski Azərbaycan futboluna elə yüksək xidmətlər göstərib ki, onun adı daim yaddaşımızda olmalıdı. Bunun üçün də bu əfsanəvi futbolçumuzun xatirisinə ehtiram əlaməti olaraq onun adı Bakıdakı stadionlardan birinə verilməlidir.
Necə ki, xarici ölkələrdə belə təcrübələr var.
Bəs bizdə necədi? Gerçək mənzərə yalnız təəssüf doğurur. Bilindiyi kimi, Respublika Stadionunun adı hələ Banişevskinin sağlığında böyük hakimimiz Tofiq Bəhramovun adına verilib. Son illər isə dövlətin ayırdığı pullarla AFFA paytaxtda 4 gözəl stadion tikib. Bakı Olimpiya Stadionu, “Bakcell Arena”, “Bayıl Arena” və “Dalğa Arena”... Amma Banişevskinin adının bu arenalardan birinə verilməsi üçün AFFA, daha da acınacaqlısı isə onun klubu “Neftçi” hər hansı addım atmayıb. Halbuki “Neftçi”nin bu gün ev oyunlarını keçirdiyi “Bakcell Arena”ya Banişevskinin adını vermək və qarşısında onun heykəlini ucaltmağın nəyi pis olardı ki? Yaxşı, deyək ki, “Bakcell” şirkəti arenanın adını müəyyən müddətə icarəyə götürüb, Bakı Olimpiya Stadionuna isə Banişevskinin adını vermək çətin olar. Bəs digər 2 stadion – “Bayıl Arena” və ya Mərdəkandakı “Dalğa Arena”nın adını dəyişmək belə çətin işdir?
Olmasın “Bayıl Arena”, olsun “Banişevski Arena”, olmasın “Dalğa Arena”, olsun “Banişevski Arena”. Bununla biz həm də Bakıya gələcək əcnəbi komanda və azarkeşlərə Azərbaycanın da zamanında dünya və Avropa çempionatlarının mükafatını qazanmış böyük bir futbolçusu olduğunu göstərə biləcəyik. Axı, biz nə vaxta qədər futbol tariximizi ancaq Tofiq Bəhramovla tanıtmalıyıq?
AFFA hər nə qədər çox tənqid olunsa da, hər halda orda futbolu ürəkdən səvən, Azərbaycanın dəyərlərinə layiqli qiymət verməyi bacaran insanlar da az deyil. Ümid edək ki, federasiyasının rəhbərliyi Azərbaycanın böyük oğlu Anatoli Banişevskinin futbolumuza təmannasız xidmətlərini nəzərə alaraq, onun xatirəsinə ehtiram olaraq, yaxın vaxtlarda stadionlarından birinə Banişevskinin adının verilməsi prosesinə başlayacaq və futbol ictimaiyyətimizin də ürəyincə olan bu məsələnin həllinə yardım edəcək.
Aydın BAĞIROV
[email protected]
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu