İspaniya – Çili matçı başa çatan kimi, rus şərhçi mistik görünən belə bir xəbər verdi: “Bu gün İspaniya kralı I Xuan Karlos 39 il oturduğu taxtı oğlu VI Felipeyə buraxıb”. Bəli, tacı əldən gedən təkcə Xuan Karlos deyildi. Son dörd ildə dünya futboluna hökmranlıq edən İspaniya da taxtını əldən verirdi, daha doğrusu, əlindən alınırdı.
Gördünüz, Çili milli komandasını, onlardakı heyrətamiz qələbə istəyini? Xüsusilə ölkənin himni çalınarkən futbolçuyla azarkeşi arasındakı bu qeyri-adi bağlılığa, himnin mahnısının kəsilməsinə baxmayaraq, sözlərinin hamı tərəfindən sonadək ürəkdən oxunmasına?
Yox, Çili millisi adi futbol oyununa deyil, elə bil savaş meydanına çıxmışdı. Və bütün oyunboyu sakit dayanmayan onminlərlə azarkeşin futbolçularından, deyəsən, başqa bir istəyi də vardı: ispanlardan əsrlər əvvəl öldürülmüş sələflərinin qisasını almaq!
Məlum, axı, Cənubi Amerikanın bir sıra xalqı kimi, çililər də əsrlər boyu ispanların əsarəti altında yaşayıb. Tarixə Araukan müharibəsi kimi düşmüş və ispanlarla düz üç əsr davam edən savaşda neçə-neçə çilili həyatını qurban verib, nəhayət, 1818-ci ildə, axır ki, müstəqilliyini qazanıb.
Nə isə, tarixə baş vurub, özümüzü yormayaq. Gələk, futbola və ondan danışaq ki, İspaniya millisi tarixində ilk dəfə idi, Çiliyə uduzurdu. Amma buna qədər müxtəlif vaxtlarda onlar on dəfə qarşılaşmış, bu oyunlardan ikisi heç-heçə başa çatmış, səkkizində isə ispanlar qələbə qazanmışdı.
Əslində, hamı gördü: ispanlar 2010-cu ildə dünya, 2008 və 2012-ci ildə Avropa çempionu adını qazananda hansı oyunu göstərirdisə, onu bu mundial da təkrarladı. Amma deyəsən, İspaniyanın baş məşqçisi Visente del Boske adi bir həqiqəti – komandasının göz görə-görə çökəcəyini görmək istəmirdi. Axı, başda elə böyük məşqçi Joze Mourinyo olmaqla, az qala bir ilə yaxındır, bütün dünya danışır və xəbərdarlıq edir ki, İspaniyanın məşhur oyun sistemi – “tiki-taka” (topu özündə çox saxlamaq, qısa ötürmələrlə oyun) süquta uğrayıb (bunu “Barselona”nın timsalında da gördük), hamı - az qala məktəbli uşaq da onların oyun üslubunu əzbərdən öyrənib. Amma hətta hollandlara 1:5 hesablı rüsvayçı məğlubiyyət belə del Boskeyə dərs olmadı, “tiki-taka”dan yenə əl çəkmədi, bu da acı nəticə: İspaniya çempionata erkən vida edir, özü də çox biabırçı şəkildə.
Normalda belə nəticəyə görə del Boske elə indidən istefaya getməlidir.
Məşqçilərdən söz düşmüşkən, Çilinin çalışdırıcısı Xorxe Sampaoli haqda da danışmamaq olmur. Təbii, Avstraliya və İspaniya ilə matçlardakı yüzfaizli nəticəyə görə bu məşqçiyə alqış düşür. Amma söhbət təkcə onun qazandığı qələbədən getmir. Sampaolinin komandası ispanlarla oyunda “tiki-taka”ya qarşı “parklanmış avtobus” (bütün komanda ilə müdafiə olunma) adı almış məşhur sistemdən istifadə etmədi, öz oyunu ilə azarkeşi darıxdırmadı, həyəcanda saxladı, komandasına qarşı rəğbət yaratdı və bununla “tiki-taka” ömrünün sona yetdiyini, artıq bu sistemə gərək olmadığı haqda futbol mütəxəssislərinin tənqidinin haqlı olduğunu bir daha isbatlamış oldu.
Yeri gəlmişkən, həmin sistemi Almaniya mətbuatına müsahibəsində bizim millinin baş məşqçisi Berti Foqts da tənqid edib və əlavə edib ki, “mən indi yox, hələ ilk gündən bu sistemi başa düşməmişəm, onun əleyhinə olmuşam”.
“Tiki-taka” dünya futbolundakı ən uğurlu sistemlərdən biri olub. Bu gün futbol aləmi bu sistemi uğursuz olduğuna deyil, hamı tərəfindən öyrənildiyinə görə artıq zamanının bitdiyini deyir.
“Tiki-taka”nın mövcud olduğu son altı ildə İspaniya üç (iki Avropa, bir dünya), “Barselona” isə düz on altı çempionluq (dörd İspaniya çempionluğu, iki İspaniya kuboku, dörd İspaniya superkuboku, iki Çempionlar Liqası kuboku, iki UEFA superkuboku, iki klublararası dünya çempionluğu kuboku) qazanıb.
İspaniya və “Barselona” futbol nəhəngləri ilə oyunlarda bu çempionluğu qazananda Foqts da öz “tiki-taka”sını – taktiki şakasını işə salırdı və biz... Hindistanla Fələstinə uduzurduq.
Aydın BAĞIROV
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons