Niderlandda azarkeşlərə görə oyun təxirə salındı

Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
DÜNYA FUTBOLU 9 Noyabr 2026 / 19:04 98
-  A +

Niderlandın ikinci liqasında “Vitess” - “De Qraafşap” oyunu azarkeş etirazı səbəbindən təxirə salınıb.

QOL.az xəbər verir ki, "BBC"nin məlumatına görə, “De Qraafşap”ın tərəfdarları komandanın avtobusunun stadiondan çıxmasına mane olublar.

Etiraz “Vitess”in təhlükəsizlik səbəbindən qonaq azarkeşləri stadiona buraxmamaq qərarına qarşı yönəlib. Tərəflər qonaq sektorunun tutumunun azaldılması və təhlükəsizlik şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.

Niderland Futbol Assosiasiyası matçın keçirilməyəcəyini açıqlayıb və hadisəni intizam orqanlarına göndərib.

Görüşün yeni tarixi hələ müəyyənləşməyib. Qarşılaşmanın əvvəlki şərtlərlə keçirilməsi nəzərdə tutulur.


Qarabağ FK
Son xəbərlər
topaz banner