“Barselona”dan La Liqa yeni uğur

“Barselona”dan La Liqa yeni uğur
XƏBƏR 9 Noyabr 2026 / 12:55 131
-  A +

“Barselona” İspaniya çempionatının ilk 12 turunda vurduğu qolların sayına görə La Liqa tarixində ikinci ən yaxşı nəticəni göstərib.

QOL.az xəbər verir ki, Kataloniya təmsilçisi 12 tur ərzində rəqib qapılarından 48 top keçirib. Bu da hər oyuna orta hesabla 4 qol deməkdir.

Jurnalist Pedro Martinin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, bu, La Liqa tarixində ilk 12 tur üzrə ikinci ən yüksək göstəricidir.

Rekord isə 1930/31 mövsümündə ilk 12 qarşılaşmada 56 qol vuran “Atletik”ə məxsusdur.

Qeyd edək ki, Hans-Diter Flikin rəhbərlik etdiyi “Barselona” son turda səfərdə “Atletiko”nu 2:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra komandanın xalı 33-ə çatıb. Kataloniyalılar ən yaxın izləyicisini 3 xal qabaqlayaraq turnir cədvəlinə liderlik edirlər.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner