Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı

Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
ÖLKƏ FUTBOLU 9 Noyabr 2026 / 00:55 127
-  A +

Kiprdə futbol üzrə Superliqanın 9-cu turunun oyunları keçirilib.

QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi “Pafos” doğma meydanda “Omoniya 29 May” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 4:2 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Məmmədov matçın 59-cu dəqiqəsində, komandası artıq bütün qollarını vurduqdan sonra meydana daxil olub.

Hazırda “Pafos” 16 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner