Premyer Liqada tarixi rekorda imza atdı

Premyer Liqada tarixi rekorda imza atdı
XƏBƏR 9 Noyabr 2026 / 15:00 161
-  A +

“Tottenhem”in kapitanı Miki van de Ven İngiltərə Premyer Liqasında ardıcıl dəqiq ötürmələrin sayına görə yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, bu hqda "Opta" məlumat yayıb. Niderlandlı müdafiəçi “Çelsi” ilə matçın 39-cu dəqiqəsindən başlayaraq ardıcıl 191 ötürməsinin hamısını dəqiq yerinə yetirib. O, “Çelsi” ilə görüşdə 39, “Kristal Pelas”la qarşılaşmada 123, “Lids”lə oyunda isə 28 ötürmənin hamısında dəqiqliyə nail olub. Bununla da 25 yaşlı futbolçu heç kimin bacarmadığı uğura yiyələnərək adını turnir tarixinə yazdırıb.

Van de Venin etibarlı oyunu fonunda “Tottenhem” son üç qarşılaşmasının ikisində qələbə qazanıb. Bu nəticə London təmsilçisinə turnir cədvəlində 11-ci pilləyə yüksəlməyə imkan verib.

Qeyd edək ki, “Tottenhem” növbəti turda “İpsviç”lə qarşılaşacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner