A Seriyası klubu yenə baş məşqçisini göndərdi

A Seriyası klubu yenə baş məşqçisini göndərdi
DÜNYA FUTBOLU 9 Noyabr 2026 / 21:17 376
-  A +

“Sassuolo” Alberto Akvilani ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, klubun məlumatına görə, qərar komandanın A Seriyasında ardıcıl 5-ci məğlubiyyətindən sonra qəbul edilib.

11 turdan sonra 8 xalı olan “Sassuolo” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Klubun açıqlamasında Akvilaniyə və onun məşqçi heyətinə peşəkarlıqlarına və işə sadiqliklərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Qeyd edək ki, Akvilani 2026-cı ilin iyunundan komandaya rəhbərlik edirdi .“Sassuolo” növbəti matçını A Seriyasının 12-ci turunda “Cenoa”ya qarşı keçirəcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner