“Araz-Naxçıvan”da 200-cü oyun

“Araz-Naxçıvan”da 200-cü oyun
PREMYER LİQA 8 Noyabr 2026 / 19:03 508
-  A +

Misli Premyer Liqasının 11-ci turu “Araz-Naxçıvan”ın futbolçusu Ülvi İsgəndərov üçün əlamətdar olub.

QOL.a zxəbər verir ki, o, turnirdə 200-cü matçını keçirib. İsgəndərovun yubileyi “Şəfa” ilə səfər görüşünə (2:2) təsadüf edib. Ülvi bu qarşılaşmalarda 25 qola imza atıb.

Debütü 2017/18 mövsümündə gerçəkləşən futbolçu 3 klubun formasını geyinib. “Sumqayıt”da 18 (3 qol), “Qəbələ”də 118 (17 qol) dəfə meydana çıxan İsgəndərov indiki klubunda 64 dəfə (5 qol) şans qazanıb.

Qeyd edək ki, Ülvi çempionatın yüksək dəstəsində 200 və daha çox oyun keçirən 165-ci futbolçudur.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner