Yamal İspaniya millisindən kənarda qalacaq

Yamal İspaniya millisindən kənarda qalacaq
DÜNYA FUTBOLU 9 Noyabr 2026 / 16:15 168
-  A +

“Barselona”nın futbolçusu Lamin Yamal dizindəki problemlərə görə İspaniya millisinin düşərgəsinə yollanmayacaq.

QOL.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.

Bildirilir ki, 19 yaşlı vinger La Liqanın son turunda “Atletiko” ilə matçdan (2:1) sonra sağ dizində narahatlıq hiss edib. Müayinədən sonra onun klubun düşərgəsində qalmasına qərar verilib.

Bundan başqa, “Real Sosyedad”ın hücumçusu Mikel Oyarsabal da infeksiyadan sonra müalicəsini davam etdirdiyi üçün milliyə qoşulmayıb.

Hər iki futbolçunun cümə axşamı Çexiyaya qarşı Millətlər Liqasının oyununu buraxacağı gözlənilir. Yamalın isə İngiltərə ilə matça qədər hazır olacağı ehtimal edilir.


Qarabağ FK
Son xəbərlər
topaz banner