“Qəbələ”nin “Portu”dan gətirdiyi Marat İzmaylovun hazırkı durumu müəyyən mənada “Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo Santosun Azərbaycana yeni gəldiyi vaxtları xatırladır. Yadınızda olar, o zaman Qurban Qurbanovu az qala asıb-kəsirdilər ki, bu yararsız oyunçunu bura niyə gətirmisiniz. Amma heç fikirləşən də yox idi ki, yazıq Reynaldo ayağını bizim meydançalara hələ təzə-təzə basır, ağır zədədən sonra üç ay oynamayıb, istədiyi formadan tamamilə uzaqdır və hər bir futbolçuya lazım olan zaman ona da verilməlidir. Aradan çox keçmədi, braziliyalı yarımmüdafiəçinin əsl istedadı üzə çıxdı.
Yox, Reynaldonun Azərbaycan çempionatında, xüsusilə də Avroliqada “Qarabağ” üçün hansı fədakarlıqları etdiyini sadalamaq fikrindən uzağam.
Axı, Marat İzmaylovdan danışırdıq. Marat qabiliyyətinə, bacarığına və istedadına görə bəlkə də Reynaldodan daha üstün oyunçudur. Ən yaxın tarixədək Rusiya kimi Avropa və dünyanın ən güclü milli komandalarından birinin əsas futbolçularından olub, 35 oyuna iki qol vurub. Lakin hər bir futbolçunun başına gələcək uğursuzluqla o da üzləşib, “Portu”da lazımi oyunu sərgiləyə bilməyib və “Qəbələ” rəsmilərinin dediyinə görə, həm komandaya kömək etməsi, həm də istədiyi formanı yığması üçün, baş məşqçi Yuri Syominin təkidi ilə Azərbaycana gəlib. Klubun vitse-prezidenti Fariz Nəcəfovun səmiyyətinə də inanıram: bu rusiyalı ulduza altı aylıq icarə haqqı üçün cəmi 150 min dollar verilib. Yəni Azərbaycan klublarının ehtiyat skamyasında kif basmaqla ətrafı bulandırmaqdan savayı başqa işə yaramayan legionerlərə verilən puldan iki-üc dəfə daha az.
Sözüm işin maddi tərəfində deyil. Marat Yuri Syominin, ruslar demiş, “lyubimçiki”, yəni sevimli oyunçusudur, ona daha çox güvənməsində və şans verməsində təəccüblü nəsə yoxdur. Syomin “Qarabağ”la matçda Maratı əsas heyətə salır və yeni komandasında debütü olmasına, ideal formasından xeyli uzaqlaşmasına baxmayaraq, yetərincə baxımlı oyun sərgiləyir və komandası üçün fayda verməyi bacarır. O artıq başqa söhbətin mövzusudur ki, Syomin belə bir əhəmiyyətli oyunda komandasının “qol silahı” olan Subotiçi ehtiyatda saxlamışdı və həmin görüşdəki məğlubiyyətdə bu amil çöx böyük rol oynamışdı. Hə, qəribədir ki, məhz həmin o ilk oyunundan sonra münəccimlik edib Maratın “Qəbələ”yə yararsız olacağını deyənlər də tapıldı.
Razıyam, bəzi görüşlərdə rusiyalı futbolçu istənilən səviyyədə çıxış edə bilməyib, amma, qarşıda hələ çempionatın 13 oyunu var. Niyə bir faktı unuduruq ki, Marat hələ adaptasiya mərhələsindədir, ona da zaman lazımdır. O vaxt yetişəndə Marat lazımi formaya da düşə bilər və öz oyunu ilə onu hədəfə alanları utandırar.
Formada olmayan, uyğunlaşma prosesi keçən futbolçuya 3-4 oyununa görə birmənalı qiymət vermək nə vaxtdan peşəkar yanaşmanın göstəricisi olub?
Yeri gəlmişkən, son vaxtlar “Qəbələ”nin bir qrup azarkeşinin ardıcıl xal itkilərindən panikaya düşməsini anlamaq olmur. Dünyada da, elə Azərbaycanın özündə də “qara zolağa” düşən təkcə “Qəbələ” deyil. Bu uğursuz zolağa düşdüyün kimi, ordan çıxmağın da yolları var və hazırkı mərhələdə o yol heç də Yuri Syominin istefasında deyil.
Syomin “Qəbələ”ni pis-yaxşı düzəldə bilib, bu klubu doqquz illik tarixinin ən yaxşı səviyyəsinə çıxarıb. “Qəbələ”nin 23 oyundan sonra turnir cədvəlində ikinci pillədə olmasına nə vaxtsa rast gəlmişdiniz? Amma Syomin artıq özünün oyun sisteminə müəyyən düzəlişlər etməklə yanaşı, ya uğurlardan, ya da mənəm-mənəmliyindən başı gicəllənmiş bəzi futbolçularının ipini tez bir zamanda yığmalıdır. Yox, əgər yığa bilmirsə, onda onları klubun karate bölməsinə göndərə bilər. “Qəbələ”nin bir klub kimi nüfuzu, sağlam düşünən personalı, mədəniyyətli, səviyyətli və qabiliyyətli rəhbərliyi var. “Qəbələ” Azərbaycan Premyer Liqasının bəzi küçə klublarından deyil ki, oyunçusu meydanda dava salsın və ya buna cəhd etsin, komandadaxili mühiti pozsun. “Qəbələ”nin “qara zolaq”dan çıxmasının bir yolu da bəzi futbolçularına yerini göstərməkdir.
Və o futbolçular sırasında, əmin olun ki, Marat İzmaylov yoxdur.
Aydın BAĞIROV
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons