Rusiyada bir azərbaycanlı oyunçu var, Emin Mahmudov. Artıq üç ilə yaxındır, bizim ifrat vətənpərvərlər bu gənc istedad haqda o sözlər qalmayıb ki, söyləməsinlər. Biri ona xain damğası vurur, o biri satqın, digəri də nankor deyir. İşin ucunda da odur ki, Emin ən son hələ dünənə qədər də bilmir, doğulduğu ölkə Azərbaycanın milli komandasından aldığı real təklifi qəbul etsin, yoxsa Rusiya millisindən gələcək dəvəti. Sonuncudan dəvət olacaq, ya yox, bu hələ sonrakı məsələdir. Fakt budur ki, hazırkı durumunda Eminin Rusiyanın əsas milli komandasına cəlb edilməsi ehtimalı sıfıra bərabərdir. Səbəb də odur ki, o, nə Moskva “Spartak”ı, nə də sonradan icarə qaydasında oynadığı “Tom” və “Krılya Sovetov”da möhkəmlənə bilib.
Amma bu yerdə diqqəti Eminlə bağlı qısa bir statistikaya cəlb etmək istəyirəm ki, bunu bizim hay-küyə meylli, futboldan bixəbər patriotlarımızın bilməsi vacibdir. Deməli, Emin “Saturn”da çıxış edən vaxt (2007-2010) Rusiya Premyer Liqasında çox erkən, 18 yaşı tamam olmamış qol vuran az-az oyunçulardandır və hələlik yeganə azərbaycanlıdır. Məhz bu komandada 21 oyun və uğurlu bir dönəm keçirəndən sonra Emini Rusiya futbolunun nəhənglərindən olan “Spartak” heyətinə cəlb edib. Amma 19 yaşında orada rəqabətə tab gətirə bilməyib və icarəyə göndərilib. Bununla belə, Emin müxtəlif vaxtlarda Rusiyanın 18, 19, 20 və 21 yaşadək milli komandalarına cəlb edilib və üst-üstə doqquz qol vurub.
Təbii, statistika yorucudur, amma onun Rusiyanın müxtəlif yaş qruplarında oynamasını bilmək vacibdir ki, uzun müddətdir “millət, vətən” deyib Eminə mənəvi təzyiq edənlər AFFA-nın yaxasından yapışıb soruşşun: Rusiya yığmalarından əvvəl məhz vətəni Azərbaycanın U-17 komandasına gəlmiş Emini niyə qorumadınız, niyə onu saxlaya bilmədiniz və niyə onu incik saldınız? Emin yeni idi, tanınmırdı, Rusiyada hansısa bir klubun yeniyetmə komandasında oynayırdı, ümid vəd etsə də, ulduz deyildi. Və bizimkilər indiki kimi o zaman da düşünürdülər ki, uşaq komandalarında yaxşı futbolçular yox, yaxşı oğlanın və dostun xahişini etdiyi oyunçu oynamalıdır. Emin isə yada düşmürdü o vaxtlar. Xahiş-minnətlə milliyə götürülənlər bir futbolçu kimi yarasız çıxanda Emin Rusiyada Premyer Liqa komandasının əsas heyətinə düşdü. Rus mətbuatı onun istedadından, gələcəyin ulduzu ola biləcəyini yazanda isə AFFA-dakılar ayıldılar ki, bəs, demə, bizim belə bir həmyerlimiz də var imiş.
Hə, biz hazıra nazir çıxmağa öyrəşmiş millətik axı. O çürük düşüncədən isə hələ də əl çəkmirik, elə bilirik, hamının bizə borcu var. Yəni necə böyüməyi, hara getməyi, hara qədər yüksəlməyi canın çıxıb, sən özün yoluna qoymalısan, işimizə yarasan, bizimləsən, yaramasan, yox ol, məhv ol. Biz sənə əl uzatmamalıyıq, sənin istedadın da bizə vız gələr.
Emin azərbaycanlıdır başa düşdük, vətəni, milləti qarşısında mənəvi borcu var, onu da anladıq, amma gəlin, bir az vicdanla danışaq: biz zamanında ona sahib çıxdıqmı? Eminin məhz azərbaycanlı olduğunu bilməyimiz üçün onun hökmən Rusiyada tanınan bir oyunçuya çevrilməsi lazım idi? O ümid vəd edəndə biz hardaydıq? Emindəki istedadı ruslar görürdülər, bəs, AFFA-nın seleksionerləri, milli komandalara cavabdeh olanlar? Onlar bu dünyaya haraları ilə baxırdılar?
AFFA-nın baş katibi düz üç ildir Emini milliyə gətirmək istəyir, amma alınmır və bəlkə alınmayacaq da. Çünki federasiyanın keçmiş rəhbərliyinin ən azı Aleksandr Səmədova münasibətdə buraxdığı səhvləri hazırkı rəhbərlik də təkrarlayıb. 2004, ya 2005-ci ildə Səmədov da Azərbaycan millisinə gəlib, bir təlim-məşq toplanışında iştirak edib və pulsuz-parasız iştirak edib. Amma Səmədov da bizim millidə qalmayıb. Peşəkar və insani münasibət görməyib, sonra da birdəfəlik gedib.
Emin də məhz Səmədov kimi addım atır və bir gerçəkliyin fərqindədir: Azərbaycanda anadan olub, Rusiyada futbolçu kimi doğulub. Yenə də zamanında üzərinə düşən mənəvi məsuliyyəti hiss edərək Azərbaycan millisinə gəlib, amma burda diksinib, iyrənib və gedib. Birdəfəlikmi gedib, bunu əlbəttə, zaman göstərəcək.
AFFA rəhbərliyi vaxtında aşağı yaş qrupları üzrə milli komandalara normal qaydada nəzarət etsəydi, əmin olun ki, Emin Mahmudov bu gün əsas yığma komandada çıxış edəcəkdi. Üstündən bir neçə il keçəndən sonra qurumun rəhbərliyi Eminlə danışıqlar aparmaq üçün şəxsən Moskvaya gedir, ya da sonradan öz nümayəndələrini onunla danışıqlara yollayır. Hər dəfə də eyni cavabı alırlar: fikirləşirəm. Yəni mədəni şəkildə, “rədd olun”.
Ağır cavabdır. Dünənə kimi saymadığın insanın ayağına qədər getmək, ondan xahişdə bulunmaq, ən sonda da belə cavab almaq çox ağırdır.
Aydın BAĞIROV
"Baş məşqçi olmaq istəməzdim"
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirdi
Almaniyalı hücumçu MLS klubunda
Sabiq klubu Qurban Qurbanovu təbrik etdi
Matçda dava düşdü, iki klub da cəzalandırıldı
Haaland, Rays, Fernandeş...
Avrokubokla vidalaşan klub baş məşqçisini göndərir?
"Qarabağ"a qol vuran futbolçu ÇL-də rəmzi komandaya düşdü
"Kayrat" aparıcı oyunçusu ilə sağollaşdı
A Seriyası futbolçusu "Beşiktaş"a keçir
Reşford Messini geridə qoydu
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Şahruddindən maraqlı paylaşım - Şəkil
Baş məqçi 5 oyunluq cəzalandırıldı
"Kristal Palas"dan hücumçuya 52 milyonluq təklif var
ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
FCSB - "Fənərbaxça" oyunu bu kanallarda
"Qarabağ"ın oyununa görə İngiltərəyə getdi
Van Deykdən "Qarabağ"la oyunda tarixi uğur
"Aston Villa"dan "Beşiktaş"a keçdi
Mourinyo Arbeloadan üzr istədi
Xviça Kvaratsxeliya ağır zədə alıb
Sabiq "Bakı"lı Hindistan klubunda
"Qəbələ"nin sabiq futbolçusu "Mingəçevir"də
AFFA bu klubları cərimələdi
Misli Premyer Liqasında 18-ci turun hakimləri açıqlandı
“Qarabağ”la oynamaq daha yaxşıdır” - Luis Enrike
Gecənin qəhrəmanı danışdı - “Etdiyim dəlilik idi”
Kevin Medina ÇL-də “üçlüyə” düşdü
Levandovski Messinin tarixi rekordunu təkrarladı
Boks üzrə Azərbaycan çempionatına yekun vuruldu
Azərbaycanın reytinq xalının 80,6 faizini “Qarabağ” qazanıb!
Azərbaycan UEFA reytinqində yüksəldi
"Dördüncü qol biabırçılıqdır" - Mbappe
"Mançester Siti" - "Qalatasaray" matçından - Video
"Liverpul" - "Qarabağ" oyunundan - Video
"PSJ-yə qarşı oynamaq istərdim" - Zubir
"Liverpul" - "Qarabağ" oyununun ən yaxşısı seçildi