“Şahdağ Qusar" I dövrənin qalibi oldu

“Şahdağ Qusar" I dövrənin qalibi oldu
ÖLKƏ FUTBOLU 26 Noyabr 2026 / 17:49 165
-  A +

Azərbaycan I Liqasında ilk dövrənin sonuncu turuna start verilib.

QOL.az xəbər verir ki, IX turun ilk oyun günündə iki matç keçirilib. 

Lider “Şahdağ Qusar” səfərdə “Baku Sportinq”in qonağı olub. Matç Qusar klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da, Füzuli Məmmədovun komandası xallarını sayını 22-ə çatdırıb və turun digər oyunlarının nəticələrindən asılı olmayaraq dövrəni lider kimi başa vurub.

“Karvan-Yevlax” isə “Mingəçevir”i 2:1 hesabı ilə məğlub edərək xallarının sayını 19-a çatdırıb və ikinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, bu gün turun daha bir oyunu keçiriləcək. 19:00-da start götürəcək qarşılaşmada "Gəncəbasar" MOİK-i qəbul edəcək.  

26 noyabr

"Karvan-Yevlax" - "Mingəçevir" 2:1
Qollar:
S.Abdullayev, 30, İ.Əliyev, 69 - S.Oqunmola, 43

"Baku Sportinq" - "Şahdağ Qusar" 0:1
Qol:
A.Dauda, 90


Qarabağ FK
Son xəbərlər
topaz banner