FİFA kiberhücuma məruz qaldı

FİFA kiberhücuma məruz qaldı
XƏBƏR 26 Noyabr 2026 / 16:13 79
-  A +

Beynəlxalq Futbol Federasiyası (FİFA) kiberhücumla üzləşib.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Rob Harris “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, FİFA quruma qarşı cinayət xarakterli kiberhücum həyata keçirildiyini təsdiqləyib. Hücum nəticəsində şəxsi və kommersiya xarakterli məlumatların məhdud bir hissəsinə icazəsiz giriş əldə olunub.

Təşkilat hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib.

Qeyd edək ki, FİFA daha əvvəl qurumun prezidentliyi uğrunda mübarizə aparacaq üç namizədin adını açıqlayıb. Bunlar hazırkı prezident Canni İnfantino, Filipp Diallo və Kodzo Tasi­madır. Seçkilər 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək FİFA-nın 77-ci Konqresində baş tutacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner