Məşq bazasında həbs olundu

Məşq bazasında həbs olundu
DÜNYA FUTBOLU 26 Noyabr 2026 / 22:07 268
-  A +

“Vasko da Qama”nın hücumçusu David Korrea Braziliya polisi tərəfindən klubun məşq bazasında həbs olunub.

QOL.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb. 

Bildirilir ki, 31 yaşlı futbolçu qətl cəhdində, qanunsuz maddələrin dövriyyəsində, silahlı cinayətkar təşkilatda iştirakda və şahidlərin hədələnməsində şübhəli bilinir.

Qeyd edək ki, futbolçu karyerası ərzində yalnız Braziliya klublarında çıxış edib. “Transfermarkt” portalı onun bazar dəyərini 1,5 milyon avro olaraq qiymətləndirir.


Qarabağ FK
Son xəbərlər
topaz banner