Ərdoğan “Beşiktaş” prezidentinə zəng etdi

Ərdoğan “Beşiktaş” prezidentinə zəng etdi
XƏBƏR 27 Noyabr 2026 / 00:14 220
-  A +

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” klubunun prezidenti Sərdal Adalı ilə telefonla danışıb.

QOL.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ərdoğan Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Hapoel"lə (İsrail) matçda baş verənlərə toxunub. O, hadisə ilə bağlı prosesin gedişini yaxından izlədiyini bildirib. Dövlət başçısı “Beşiktaş” klubuna və azarkeşlərinə keçmiş olsun arzularını çatdırıb.

Qeyd edək ki, Gürcüstanın Batumi şəhərində keçirilən görüşdə azarkeşlər arasında qarşıdurma baş verib. Yerli polisin “Beşiktaş” azarkeşlərinə müdaxiləsindən sonra hakimlər paltardəyişmə otağına yollanıblar. Beləliklə matç dayandırılıb. Hakimlər briqadasının paltardəyişmə otağından qayıtmasından sonra oyun qaldığı yerdən davam etdirilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner