Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq

Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
PREMYER LİQA 27 Noyabr 2026 / 14:05 144
-  A +

VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədilə Misli Premyer Liqasının 13-cü turundan etibarən bəzi oyunlarda AVAR-2 hakiminin iştirakı nəzərdə tutulub.

QOL.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bu addım AFFA Hakimlər Komitəsinin Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi müraciət əsasında həyata keçiriləcək. 

Qeyd edək ki, AVAR-2 hakiminin VAR otağında iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq, oyun epizodlarının qiymətləndirilməsi və qərarların qəbul edilməsində heç bir funksional rolu olmayacaq.

13-cü turda AVAR-2 təyinatları:

27 noyabr

19:00.“Neftçi” - “Zirə”
AVAR-2: Fəridə Lütfəliyeva

28 noyabr

19:00.“Sabah” - “Araz-Naxçıvan”
AVAR-2: İslam Məmmədov

30 noyabr

17:00."Qarabağ" - “Sumqayıt”
AVAR-2: Niyaz Əhmədov

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner