“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır

“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
XƏBƏR 27 Noyabr 2026 / 10:46 197
-  A +

İtaliyanın “Sampdoriya” klubunun və Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero Milan "İnter"inə keçə bilər.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

O, İtaliya nəhənginin "Sampdoriya"nın əsas komandasında son 4 oyuna 4 qol vuran 18 yaşlı hücumçunu izlədiyini bildirib. Qeyd edib ki, "İnter" son həftələrdə "Sampdoriya"nın oyunlarını izləmək üçün bir neçə skaut göndərib.

Mezzotero bu mövsüm B seriyasında 6 matçda 4 qol vurub.

Qeyd edək ki, "Sampdoriya" ötən həftə Mezzotero ilə 2030-cu ilin iyununa qədər olan yeni müqavilə imzalayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner